adalet.az header logo
  • Bakı 13°C

ƏZİZ VƏ HÖRMƏTLİ QAÇQINLAR, BAYRAMINIZ MÜBARƏK!

8728 | 2017-06-20 14:56

Yığışıb Çayxanadahesablayıb görüblər ki, dünyada 65,6 milyon qaçqın var. Bu qaçqınçılığa da səbəbmüharibələr, xüsusilə də vətəndaş müharibələridi. Suriyanın nə qədər əhalisi varbilmirəm, axtarmağa da ərindim, amma həmin Çayxananın məlumatında göstərilir ki,bu ölkədə vətəndaş müharibəsi başlayandan 12 milyon 500 min adam qaçqın düşüb. Onu da qeyd edim ki, bu suriyalıqaçqınların 4 milyondan artığı Türkiyədə yerləşib və kefləri duranda da türkləridöyürlər, bıçaqlayırlar, öldürürlər, yəni özlərini ev sahibi kimi aparırlar. Nöşün?Nöşün ki, qardaş Türkiyədə ərəbləri türklərdən çox sevirlər.

Və yer üzündəki qaçqınların1 milyon yarımı da bizim bəxtimizə düşüb. Amma Tanrıya şükür ki, biz çöllərə düşməmişik, öz vətənimizə sığınmışıq.

Hə, öyrəndim, Suriyanınəhalisi 18,5 milyon imiş, bunun da 12,5 milyonuəsir-yesir. Yəqin bir yüz mini də Aralıq dənizində batıb, statistika aparan da yoxdu.Əslində batmayıb ey, batırıblar. Hərdən dəyalandan 20-30-nu xilas edirlər ki,guya humanistdilər.

Buişdə də yenə ağırlıq qardaş Türkiyənin üzərinə düşür. Bu illər ərzində üst-üstə bəlkə10 mindən çox gəmiləri batan suriyalılarıxilas edib.

OBirləşmiş Millətlər Çayxanasını da niyə yaradıblar, hələ başadüşən yoxdu. Hansı bədbəxt ölkənin yaralı barmağına «çiş» eləyib onu da görənolmayıb. Təhlükəsizlik Şurasının üzvləridə bədbəxt ölkələrin yaralı barmağına «çiş» eləməkdənsə, üzlərinə «çiş» işləyir.Al bu da sənə Birləşmiş Millətlər Çayxanası. Köhnə Baş çayçının adını yenə birtəhər yadımızda saxlaya bilirdik, təzəsininadını hələ öyrənməmişəm. Amma yadımdadı, mən uşaq olanda Baş çayçının adıUtan idi. O vaxt əlifbamızda apastrof vardı, U-dan sonra apastrof qoyurdular.

Allahın 3 milyonluq Ermənistan dövləti bu TəhlükəsizlikŞurasının məlum 4 qətnaməsini atdı zibil qutusuna, yəni kəsəsi, qarabağlılar demişkən, Təhlükəsizlik Şurasınıit yerinə qoymadı.

Yerigəlmişkən, dünən saytlarda oxudum ki, Ermənistanın Şuşadaaçdığı otellərin sayı bizim istirahət bölgəsində açdığımız otellərinsayından çoxdur.

Uşaqlardeyir ki, bu gün Ümumdünya Qaçqınlar günüdü. Adətən belə günlər olanda – analargünü, atalar günü, bacılar günü, xalalar günüvə sair və ilaxır, at gəldi örkən apardı, it gəldi ATƏT-in həmsədrlərini yedi, özü də maşallah, hamısı yeməlidi – yəni belə günlərdə təbriklər olur.

İndi nə yazaq; əziz qaçqınlar, Ümumdünya QaçqınlarGünü münasibətilə sizi ürəkdən təbrik edirik,sizə uzun ömür, can sağlığı, gələcək qaçqınçılığınızda uğurlar arzulayıırıq?!

Nəisə, görən mənim Şuşadakı ata yurdumu hostel eləməyiblər? Əgər eləsələr, HəzrətAbbas haqqı, baxmaram atəşkəsə, gedib ermənilərin tifaqını dağıdaram.

20iyun


TƏQVİM / ARXİV