ANA SƏHİFƏ / YAZARLAR

Qadınları aşağılayan varlıqlar

16352    |   2017-06-20 12:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim cəmiyyətdə en qədər problem var. Hansı birindən başlayasan ki? Cəmiyyətimizdə seks inqilabı hələ də yoxdu. Kişilər azad seks həyatı yaşaya bilmədikləri üçün kimə gəldi "padxod” edirlər. Bu kişilər daha çox kənddən, rayondan gələn tiplərdir. Facebookda, küçədə, parkda, ticarət mərkəzlərində, dayancaqda, avtobusda, metroda hər yerdə qızlara "girişir”lər. Anladıq, başa düşdük ki, bu adamlarda qadın aclığı var. Ancaq şəhər mühitinin də nizam-intizam, etik qaydaları var.

Həyat arkadaşım Dənizin facebook profili qat-qat mesajlarla doludu. Hamsı da kişi cinsinin nümayəndəsi. A bəy etmə, eləmə! Bir yazanda bax, gör da bu adam evlidi. Xeyri yoxdu, nə qədər yazsaq, kitab təbliğatı aparsaq da bu gədələr düzəlməyəcək. Onlar üçün qurşaqdan aşağı söhbətlər maraqlıdır...

Məhəlləmizdə bir oğlan yaşayardı. Rayondan gəlməydi. Fəhlə işləyir, qazandığı pulları da fahişələrə xərcləyirdi. Mən burda fahişləri aşağılamıram. Fahişə vicdanını yox, bədənini satır. Amma bu gədələr ailəsinə lazım olan pulu bədxərc edir. Bu işlər belə getməz! Biri bunları dayandırsın!

Bir nüansı xatırladım ki, bütün kənd camaatını nəzərdə tutmuram. Kənddən yeni gələn bəzi adamları qeyd edirəm.

Qadınları aşağılamaq bunların ən sevimli işləridir. İnanın mənə bunların içində dindarı, iman gətirəni də var. Təbii ki, saxtakar möminlər cəmiyyətimizdə en qədərdir. Necə ki, vaxtı ilə Cəlil Məmmədquluzadə xalqın gözünü açmaq üçün satirik yazılar, hekayələr yazmışdı. Necə ki, mollaların necə cəfəngiyyat olduğundan yazmışdı. Yazıq Cəlil indi qəbrindən dirilib bu mənzərələri görsəydi, yüyrək məzarına geri qayıdıb, bir daha gözlərini açmazdı.

Söhbətimizə geri qayıdaq. Gəlmələr şəhərdə qızlara sataşmadan əlavə avtobusda səs-küy yaradır, əlinə keçən zir-zibili küçələrə atır, nəlayiq söyüşlər söyür və ilaxır. Çox təəssüf ki, bu adamlar təhsil almayıb, gənclik yaşamayıblar. Eynən meşədən gəliblər. Tarzan kimi nərə çəkirlər.

Çıxış yolu tapa bilmirəm, ağlıma heç nə gəlmir. Ümid edək ki, bu adamlar ən azından ağlaya bilirlər...


İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK