adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Qadınları aşağılayan varlıqlar

OĞUZ AYVAZ
43478 | 2017-06-20 12:10

Bizim cəmiyyətdəen qədər problem var. Hansı birindən başlayasan ki? Cəmiyyətimizdə seksinqilabı hələ də yoxdu. Kişilər azad seks həyatı yaşaya bilmədikləri üçün kiməgəldi "padxod” edirlər. Bu kişilər daha çox kənddən, rayondan gələn tiplərdir.Facebookda, küçədə, parkda, ticarət mərkəzlərində, dayancaqda, avtobusda,metroda hər yerdə qızlara "girişir”lər. Anladıq, başa düşdük ki, bu adamlardaqadın aclığı var. Ancaq şəhər mühitinin də nizam-intizam, etik qaydaları var.

Həyatarkadaşım Dənizin facebook profili qat-qat mesajlarla doludu. Hamsı da kişicinsinin nümayəndəsi. A bəy etmə, eləmə! Bir yazanda bax, gör da bu adamevlidi. Xeyri yoxdu, nə qədər yazsaq, kitab təbliğatı aparsaq da bu gədələr düzəlməyəcək.Onlar üçün qurşaqdan aşağı söhbətlər maraqlıdır...

Məhəlləmizdəbir oğlan yaşayardı. Rayondan gəlməydi. Fəhlə işləyir, qazandığı pulları dafahişələrə xərcləyirdi. Mən burda fahişləri aşağılamıram. Fahişə vicdanını yox,bədənini satır. Amma bu gədələr ailəsinə lazım olan pulu bədxərc edir. Bu işlərbelə getməz! Biri bunları dayandırsın!

Bir nüansı xatırladım ki, bütün kənd camaatını nəzərdə tutmuram. Kənddən yeni gələn bəzi adamları qeyd edirəm.

Qadınlarıaşağılamaq bunların ən sevimli işləridir. İnanın mənə bunların içində dindarı,iman gətirəni də var. Təbii ki, saxtakar möminlər cəmiyyətimizdə en qədərdir.Necə ki, vaxtı ilə Cəlil Məmmədquluzadə xalqın gözünü açmaq üçün satirikyazılar, hekayələr yazmışdı. Necə ki, mollaların necə cəfəngiyyat olduğundanyazmışdı. Yazıq Cəlil indi qəbrindən dirilib bu mənzərələri görsəydi, yüyrək məzarınageri qayıdıb, bir daha gözlərini açmazdı.

Söhbətimizəgeri qayıdaq. Gəlmələr şəhərdə qızlara sataşmadan əlavə avtobusda səs-küyyaradır, əlinə keçən zir-zibili küçələrə atır, nəlayiq söyüşlər söyür vəilaxır. Çox təəssüf ki, bu adamlar təhsil almayıb, gənclik yaşamayıblar. Eynənmeşədən gəliblər. Tarzan kimi nərə çəkirlər.

Çıxış yolu tapabilmirəm, ağlıma heç nə gəlmir. Ümid edək ki, bu adamlar ən azından ağlayabilirlər...

TƏQVİM / ARXİV