adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyun 2017 11:51
6834
MƏMLƏKƏT
A- A+

Polkovnik əsgərlərə məktub yazdı

Əziz Əsgər balamız!

Bu məktubu Sənə 25 illik əsgəri həyatı təcrübəsi olan qardaşın kimi yazıram. Mən Qəhrəman Azərbaycan Əsgərini həm Qarabağ savaşında, həm də atəşkəs dövründə görmüş insan kimi demək istəyirəm ki, SİZDƏN YOXDUR və HEÇ VAXT DA OLMAYACAQ.

Allah Sizi qorusun!

Hər biriniz sağ və salamət öz ata-ananızın, doğma və əzizlərinizin yanına qayıdasınız. Sizin hər biriniz bizim üçün əziz və doğmasınız. Siz Azərbaycanın GƏLƏCƏYİSİNİZ. Allah Sizi və bütün Azərbaycanımızı hər zaman hifz eləsin!

Bağrıma basıram Sizin hər birinizi.

Ehtiyatda olan polkovnik-leytenant,

Qarabağ savaşının iştirakçısı Üzeyir Cəfərov.