ANA SƏHİFƏ / HADİSƏ

Bakı metrosundakı dəhşətli intiharın təfərrüatları

1867    |   2017-06-19 22:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən özünü Bakı metrosunun "Elmlər Akademiyası” stansiyasında qatarın altına ataraq intihar edən 83 yaşlı Səyyad Xəlilovla bağlı bəzi məqamlar aydınlaşıb.

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra ahıl kişinin Yasamal rayonu ərazisində yaşadığı məlum olub.


Bildirilir ki, 7 il əvvəl S.Xəlilovun həyat yoldaşı vəfat edəndən sonra o, özünə qapanıb. Oğlunun himayəsi altında olsa da, o, tək yaşayırdı.

Övladı S.Xəlilov üçün xüsusi baxıcı da tutubmuş və həmin qadın ahıl kişinin məişət qayğılarına və onun evdən uzaqlaşmamasına nəzarət edirdi.

Belə ki, son vaxtlar səhhətində problem yaranan S.Xəlilovun evdən kənara çıxmaması ilə bağlı oğlu baxıcıya təlimat veribmiş. Lakin dünən, yəni bazar günü baxıcı qadın işlərini tez yekunlaşdıraraq evinə qayıdıb. Nəzarətsiz qalan 83 yaşlı kişi bundan sonra intihar məqsədi ilə metroya gedib və saat 12:33-də özünü qatarın altına atıb.

Qeyd edək ki, hadisə yerinə gələn həkim briqadası ilkin müayinə nəticəsində S.Xəlilovun bədənində sınığın olmadığını bildirsə də, sonradan məlum olub ki, qatar onun ayağının üstündən keçib.



İmza:
SON XƏBƏRLƏR
2017-06-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı gecə evinə gedir. Yolüstü parkdan keçərkən qəfil səs eşidir.
- Dayan!
Vəli dayanır.
- Uzan!
Vəli uzanır.
- Sürün!
Vəli qorxusundan sürünməyə başlayır. Bu vaxt bir nəfər ona yaxınlaşaraq:
- Qardaş, nə olub? Mən burda itimlə məşq edirdim. Gördüm sürünürsünüz, dedim bəlkə nəsə olub.




digər lətifələr
ARXİV
FACEBOOK