ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bəzi yollarda işıqforlar söndürüləcək

3025    |   2017-06-19 21:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran Pri yarışı ilə əlaqədar 19-26 iyun tarixlərində bəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "işıqforun söndürülməsi" siqnal əmri tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumata görə, həmin günlərAzərbaycanprospekti-Əziz Əliyev küçəsi, Əziz Əliyev küçəsi - Neftçilər prospekti,Bülbülprospekti- Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi - Rixard Zorge küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Aleksandr Puşkin küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Azadlıq prospekti, Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti- Üzeyir Hacıbəyov küçəsi, Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Zərifə Əliyeva küçəsi, Səməd Vurğun küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Əfsələddin Xəqani küçəsi, Rəşid Behbudov küçəsi - Əfsələddin Xəqani küçəsi, Azadlıq prospekti - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Nizami Gəncəvi küçəsində "işıqforun söndürülməsi" siqnal əmri tətbiq ediləcək.

Bu günlər ərzində həmçinin Üzeyir Hacıbəyov küçəsi - Keykab Səfərəliyeva küçəsi, Azadlıq prospekti - Nizami Gəncəvi küçəsi, Bülbül prospekti- 28 May küçəsi, 28 May küçəsi - Aleksandr Puşkin küçəsi, Bülbül prospekti - Şəmsi Bədəlbəyli küçəsi, 28 May küçəsi- Keykab Səfərəliyeva küçəsi, 28 May küçəsi- Rixard Zorge küçəsi, Səməd Vurğun küçəsi - Üzeyir Hacıbəyov küçəsi, Bünyad Sərdarov küçəsi- Səid Rüstəmov küçəsində "döyünən işıq" siqnal əmri tətbiq ediləcək.




İmza:
SON XƏBƏRLƏR
2017-08-20
2017-08-19


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK