adalet.az header logo
  • Bakı 19°C
19 Iyun 2017 19:08
14809
SİYASƏT
A- A+

Saakaşvilini yumurta atəşinə tutdular

Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Krivoy Roq şəhərinə səfəri zamanı xoşagəlməz vəziyyətlə qarşılaşıb. Şəhər sakinlərindən biri Saakaşvilinin üstünə yumurta atıb.

Hadisə keçmiş qubernator Kiyev hadisələri zamanı ölənlərin abidəsi önünə gül dəstəsi qoyduqdan sonra vətəndaşlara müraciəti zamanı baş verib. Saakaşvilinin üstünə yumurta atan kişi saxlanılıb.

Üstünü təmizləməyə çalışan Saakaşvili zarafatla bildirib ki, onu "Yaşıllar partiyasına” qəbul etdilər.