adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Iyun 2017 16:37
4274
GÜNDƏM
A- A+

Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu il istifadəyə veriləcək

"Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu il istifadəyə veriləcək".

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars yolunun istifadə tarifi tək Azərbaycandan asılı deyil.

"Bu qərar Türkiyə tərəfdən də asılıdır. İyul ayının 4 və ya 5-də Türkiyənin Qars şəhərində nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arsalan və Gürcüstanın dəmiryol rəhbərləri ilə görüşüb tarixin nə vaxt olduğunu dəqiqləşdirəcəyik".