adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Iyun 2017 17:10
9979
SİYASƏT
A- A+

Türkiyə ilə Naxçıvan arasında azad ticarət zonası yaradılır

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib ki, yaxın perspektivdə Türkiyə və Naxçıvan arasında azad ticarət zonası yaradılacaq.

Adalet.az-ın "haberler”-ə istinadən verdiyi məlumata görə, Nihat Zeybekçi Qarsda olarkən qeyd edib ki, ticarət zonası yaradılacaq və Naxçıvandan Türkiyəyə və əks istiqamətdə 100 milyon dollarlar dəyərində məhsullar daxil olacaq.


Nazirin sözlərinə görə, Türkiyə və Naxçıvan arasında ticarət iki türk şəhəri arasındakı kimi aparılacaq.

Nihat Zeybekçi qeyd edib ki, bununla yanaşı İran və Gürcüstanla da sərhədyanı biznes layihələr həyata keçiriləcək.