ANA SƏHİFƏ / SAĞLAMLIQ

Onurğa problemindən ağrısız və dərmansız azad ol

3472    |   2017-06-19 21:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Osteopatiya ağrısız və dərmansız müalicə üsuludur. Əllərin qoyulması ilə aparılan bu diaqnostika üsulu özündə bir çox, eyni zamanda manual terapiyanı birləşdirən geniş bir sahəni əhatə edir.

Axar.az xəbər verir ki, osteopatiya xəstəliyin ilkin səbəbi kimi müxtəlif orqanlarla bədən hissələri arasında anatomik-funksional nisbətinin pozulmasını görür.

Osteopatiyanın yaşı 140 ildən artıqdır.

Osteopatiyanın prinsipləri:

- Orqanizm vahid bir tamlıqdır
- Orqanizmin özünün tənzimləmə mexanizmləri vardır
- Quruluş və funksiyalar əlaqəlidir
- Ən səmərəli terapiya ilk üç prinsipə əsaslanır.

Osteopatiya yalnız sümük sistemi ilə məşğul olan sahə deyil. Osteopatiyada tətbiq edilən üsullarla sümük-əzələ sistemi, birləşdirici bağlar, vətərlər, daxili orqanlar və bütün sinir sistemi də daxil olmaqla orqanizmin pozulmuş funksiyalarına bütövlükdə təsir etmək olur. Osteopatiya vegetativ sinir sisteminə təsir edən əsas üsullardan biridir. Orqanizmin vegetativ sinir sisteminin nəzarəti altında tarazlıqda olduğunu nəzərə alsaq bunun çox mühüm məqamı nəzərdən qaçırmaq olmaz. Osteopatiya pozulmuş tarazlığı nizamlayır və bu yolla orqnizmdəbaş verən bir çox xəstəlklərin nizamlanmış bədəndə daha tez sağalmasına kömək edir.

Osteopatiya qadınlarda bir çox xəstəliklərin düzgün diaqnoz qoyulmasına və müalicəsinə kömək edir. Qadın orqanizmi öz təbiətinin unikallığı ilə seçilir-axı o, kişilərdən fərqli olaraq hamiləlik və doğuş kimi mürəkkəb dövrlər keçirir. Bununla bağlı olaraq qadınlar məhz onlara xas olan xəstəliklərə malik olurlar. Ənənəvi təbabətin gücsüz yaxud az effektli olduğu hallarda qadın xəstəliklərinin müalicəsində osteopat-həkim öz uğurlu nəticələri ilə həmişə öndə olur. Çox vaxt gənc qadınlar menstruasiya qabağı yaxud onun gedişi boyunca ağrı şikayətlərilə daxil olur. Menstrual tsikl pozulmasına kiçik çanaq orqanlarındakı qan dövranı pozulması səbəb olur. Həmçinin kiçik çanaq orqanlarının hərəkətliliyi beldə ağrılara, omada və büzdümdə ağrılara, venaların varikoz genişlənməsinə, baş ağrılarına yaxud döş nahiyəsində ağrılara gətirib çıxarır.

Osteopatik müalicə ilə onlardan birdəfəlik azad olmaq olur.

Osteopat – həkim uşaqlığın bağ apparatını boşalda bilir və bu da orqana düzgün funksiya göstərməsinə və hərəkətli olmasına imkan verir. Bu yolla sonsuzluğun müəyyən növünün müalicəsi zamanı yumurtahüceyrəyə olan maneə aradan götürülür. Osteopatik müalicə ağrılı cinsi əlaqə, çanaq ağrılarında, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərində, yumurtalıqların disfunksiyasında, postmenopauza problemlərində qadınlara kömək edir. Osteopat konsultasiyası abortlardan sonra, boşluq əməliyyatlarından, laparoskopiyadan, uşaqlıq boynu yandırmalarından sonra, tez-tez doğan qadınlarda zəruridir. Zamanında edilmiş müalicə doğuş sonrası dövrdə hemorroy, beldə ağrılar, daxili orqanların sallanması, bud-çanaq oynağının artrozu kimi problemlərin qarşısını alır.
Müntəzəm olaraq professional osteopat- həkim konsultasiyasından keçmək öz sağlamlığının qayğısına qalan müasir qadının düzgün seçimidir.

Qeyd edək ki, iyun ayı ərzində Bioloji Təbabət Klinikasında hər həftənin 2-ci günləri məktəblilər və anaları üçün "Onurğa sağlamlığı” aksiyası keçirilir. Onurğa sütunun problemlərinin ilkin müayinsəsi ÖDƏNİŞSİZ olacaq!




İmza:
SON XƏBƏRLƏR
2017-08-20
2017-08-19


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK