ANA SƏHİFƏ / ŞOU-BİZNES

“Növbəti “Maşın Realiti Şou” haqqında başqa planlarım var”

18124    |   2017-06-19 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar... Bəli, söhbət "Maşın Realiti Şou”dan gedir. Məlum olduğu kimi, bir neçə gün öncə ATV-də bitən şouda avtomobili aktyor İslam Mehrəliyev qazanıb.

Maraqlıdır, növbəti "Maşın Realiti Şou” nə zaman olacaq? Tamaşaçılar gərgin mübarizəni yenidən izləyə biləcəklərmi?


Bu barədə layihənin müəllifi və aparıcısı Murad DadaşovModern.az-aaçıqlama verib. Hazırda keçirdiyi əməliyyatla əlaqədar klinikada olsa da, məşhur şoumen sualı cavabsız qoymadı:

"Növbəti "Maşın Realiti Şou” haqqında planlarım var. Sadəcə bu barədə nəsə demək çətindir. Proqramın ard-arda olmasını istəmirik. Bununla yanaşı, bizim başqa böyük layihələrimiz də var. Ona görə fikirləşirəm ki, buna bir az vaxt lazımdır. Hər halda, yay fəsli keçsin, bəlkə qışda "Maşın Realiti Şou” yenidən eifrə qayıda bilər. Nəzərdə tutmuşuq ki, bunu Yeni il qabağı reallaşdıraq”.


Yeri gəlmişkən, Murad Dadaşovun səhhəti də yaxşıdır:

"Ayağımda barmaqlarım arasında çat əmələ gəlmişdi. Bir müddət məndə ayaqqabı geyməklə bağlı problem yarandı. Hətta corabımı belə, geyinə bilmirdim. Ayağım çox şişmişdi. Sən demə, infeksiya varmış, iltihab olub. Bu da böyük problemə səbəb oldu. İnsan həmişə səhhətini arxa planda qoyur. Ağrılara rəğmən fikir vermirdim.

Hətta canlı yayımda ayaq üstə dayana bilmirdim. Buna görə də cərahiyyə əməliyyatı olundum. Sadəcə, yay fəslinə düşdüyünə görə ağrı daha çox olur”.




İmza:
SON XƏBƏRLƏR
2018-04-25
2018-04-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK