ANA SƏHİFƏ / KRİMİNAL

Naxçıvanda gömrükçülər 93 kq heroin saxladılar

8153    |   2017-06-19 16:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvan Muxtar Respublikasının gömrük əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

DGK Mətbuat Xidmətindən  bildirilib ki, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində qeydə alınıb.

Türkiyə Respublikasının vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi "Volvo” markalı, 07 MCK 92 dövlət nömrə nişanlı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı zamanı qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.

Daha sonra gömrükçülər 34 JA 7009 nömrə nişanlı həmin qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93 kq olan narkotik vasitə - heroin aşkar ediblər.

Narkotik yüklü nəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK