ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

İtaliyada Azərbaycan kinofestivalı keçiriləcək

7415    |   2017-06-19 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 22-24–də Romanın "Villa Borghese” parkındakı tarixi "Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək. Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumların dəstəyi ilə təşkil olunacaq.

Məqsəd Azərbaycanla İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir. Festivala iyunun 22-də "Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur.

Sonrakı iki gün ərzində altı bədii ("Hökmdarın taleyi”, "Nabat”, "İçərişəhər”, "Pərdə”, "Yarımçıq xatirələr”, "Həddən artıq uyğunluq”) və 2 sənədli ("Bir günəş altında”, "Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla nümayiş olunacaq. Festival çərçivəsində, həmçinin "Bir günəş altında” və "Əbədi ezamiyyət” sənədli filmlərinin nümayişi, Azərbaycanda multikulturalizm, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında akademik tədbirlər nəzərdə tutulur.




İmza:
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK