ANA SƏHİFƏ / MƏMLƏKƏT

Tağı Əhmədova universitetdə vəzifə verilib

4803    |   2017-06-19 16:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi "Əməkdar mühəndis”, Texnika elmləri namizədi, "Şöhrət” ordenli Tağı Əhmədov...

Göründüyü kimi, onu təqdim edərkən müxtəlif titullardan istifadə etmək mümkündür. Həyatının 44 ilini Bakı metropolitenində çalışmış, 16 ilə qədərini bu qurumun rəisi işləmiş Tağı Əhmədovu artıq fərqli formada da təqdim etmək mümkün olacaq.

 Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov həm müəllim, həm də kafedra müdiridir.

Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deməklə yanaşı, buradakı Nəqliyyat fakültəsində "Nəqliyyat tikintisi və Yol hərəkətinin təşkili” kafedrasının müdiridir.


Universitetin mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, sabiq rəis artıq 20 ilə yaxındır, universitetdə müəllim kimi fəaliyyət göstərir. Lakin bir ildən az müddətdir ki, kafedra müdiri vəzifəsinə təyin edilib. Amma indiyədək geniş ictimaiyyət bu haqda məlumatlı olmayıb.

Qeyd edək ki, Tağı Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır.

"Fəxri Dəmiryolçu”, "Bakı meropoliteni veteranı” döş nişanları, "Şöhrət” ordeni və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı Metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə "Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb.

2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.




İmza:Modern.az

Lökbatan–Güzdək avtomobil yolunun tikintisinə 4,6 milyon manat ayrılıb

16 qadın əfvə düşdü - Siyahı

Norveçdəki soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı

“Veysəloğlu Qrup”un baş sponsorluğu ilə keçirilən məntiq olimpiadasının qalibləri mükafatlandırıldı

Babək prospektində təmir nə vaxt yekunlaşacaq? - Rəsmi CAVAB

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” - Xətai məktəbində mühazirə təşkil olundu

Ağac kəsən min manat cərimələndi

Prezident Bakıda məktəblərin tikintisinə 40 milyon ayırıb

“Veysəloğlu” Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”

Ərdoğana həsr olunan kitab

Xırdalan yolunda hərəkət məhdudlaşdırılır

SON XƏBƏRLƏR
2018-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK