ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirilib

8536    |   2017-06-19 15:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dillər Universitetinin yenidən təşkili haqqında imzaladığı 16 iyun 2017-ci il tarixli Sərəncamı ilə bağlı Azərbaycan Dillər Universiteti rektoratının genişləndirilmiş iclası keçirilib. Media nümayəndələrinin də iştirak etdiyi iclasın gündəliyini iştirakçıların diqqətinə çatdıran rektor, AMEA-nın həqiqi üzvü Kamal Abdulla öncə Azərbaycan Dillər Universiteti ilə bağlı belə bir sərəncamın imzalanmasına və bununla universitetə göstərilən böyük etimada görə ölkə Prezidenti İlham Əliyevə universitetin kollektivi və öz adından təşəkkürünü bildirib. Bu sərəncamı Dillər Universitetinə verilən böyük önəm kimi xarakterizə edən rektor qeyd edib ki, sərəncamın tələbinə uyğun olaraq Universitetin nizamnaməsi yenidən hazırlanacaq, mövcud istiqamətlər genişləndiriləcək və fəaliyyətə uyğun olaraq yeni istiqamətlər yaradılacaq. ADU sərəncamdan irəli gələn məsələlərin həllinə adekvat olmaq üçün daha səylə çalışacaq və publik hüquqi şəxs olaraq əldə etdiyi geniş imkanlardan daha səmərəli istifadə edəcək. Universitetin yeni hüquqi statusu ADU-nun bütün potensialını ortaya qoymağa, daha peşəkar və faydalı kadrlar hazırlamağa və müxtəlif sahələrin həmahəng inkişafına nail olaraq mütərəqqi dünya təhsil sisteminə sürətlə inteqrasiya etməyə kömək edəcək.

Daha sonra çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ölkə Prezidentinin imzaladığı sərəncamın universitetin beynəlxalq arenaya daha rahat çıxması, müstəqil idarəçiliyə başlaması, idarəetmədə səmərəliliyi artırması, hesabatlılıq və maliyyə-təsərrüfat fəaliyyətini daha effektiv qurması baxımından çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Digər çıxış edənlər də universitetə göstərdiyi yüksək etdimada görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürlərini çatdırıblar və universitetin bundan sonrakı fəaliyyətinin səmərəli təşkili üçün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2015-ci ildə qəbul olunmasına baxmayaraq, artıq bir sıra qurumlar qeyd edilən hüquqi statusda fəaliyyət göstərməyə başlayıb. Universitetin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi də ilk belə hal deyil. Azərbaycan Dillər Universitetindən öncə Prezident İlham Əliyevin 2017-ci il 21

fevral tarixli Fərmanı ilə Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi təsdiqlənib və bu universitet yeni hüquqi statusda öz fəaliyyətinə başlayıb.

Ölkə Prezidentinin bu təşəbbüsü ölkəmizdə ali təhsil sisteminin daha da təkmilləşdirilməsinə, müasirləşdirilməsinə və dünya təhsil sisteminə daha sürətlə inteqrasiya olunmasına böyük təkan verəcək.

Əsas dünya dilləri üzrə peşəkar kadr hazırlığını həyata keçirən Azərbaycan Dillər Universiteti bir müddət sonra publik hüquqi şəxs kimi fəaliyyət göstərməklə öz profilini daha da genişləndirəcək, yeni dillərin və mədəniyyətlərin təkcə ölkəmizdən olan tələbələrə deyil, xarici ölkələrdən də bu universiteti seçən tələbələrə daha keyfiyyətli öyrədilməsi təmin ediləcək. Həmçinin universitetin qəbul ediləcək yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq xarici universitetlər, akademiyalar və s. ilə daha sıx əlaqələr qurulmaqla təhsilin keyfiyyəti yüksələcək, bakalavriatura, magistratura və doktorantura təhsili üzrə universitetin verdiyi diplomların beynəlxalq səviyyədə qəbul arealı daha da genişləndiriləcək.




İmza:

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq

BANM 700 bal toplamış tələbələrin sayına görə respublikada liderdir

UNEC tələbələrindən xeyriyyə aksiyası

Universitetdə Çin lideri ilə bağlı kitab təqdim olundu

Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə müzakirə apardı

Millət vəkili Aydın Mirzəzadə ADU tələbələrinə mühazirə oxuyub

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək

ADU-nun rektoru Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb

"QS Regional Reytinqi 2018" - UNEC 30 pillə irəliləyib

BANM rektoru Ali Məktəbə qəbul olmuş Prezident təqaüdçüləri ilə görüşdü

ADU-da Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib

SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK