adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Iyun 2017 14:07
9042
SİYASƏT
A- A+

ƏDƏ, VUREYY, RİÇARD HOQLAND GƏLİR

Bu xəbəri eşidəndən sonra heç sevincimdən bilmədim neyləyim. Dedim Orucluq ayıdı, gedib bir az nəzir-niyaz paylayım.

Riçard Hoqland bilirsiniz kimdi? ATƏT-in Minsk qrupunun amerikalı həmsədri. Özü də tək gəlmir ey, fransalı və rusiyalı həmsədrlərlə birgə. Əvvəl Ermənistanda olublar, sonra ordan qanunsuz olaraq Azərbaycan sərhədlərini keçib Qarabağa gəliblər, bir az donuz kababı, bir az tut arağı… İndi də gəlirlər bir az quzu kababı, bir az bizim araqdan, adını çəkmirəm reklam olar. Sonra da boş və mənasız bəyanatlar verib rədd olub gedirlər xarabalarına, pulları qurtaranda bir də gəlirlər.