adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Iyun 2017 13:59
17689
MARAQLI
A- A+

İNGİLİS ƏFQANI SALDI TƏPİYİNİN ALTINA

Bir bədbəxt əfqanı İngiltərədə sınırdışı elan edib, mindiriblər İstanbula uçan təyyarəyə, yanına da bir miqrasiya əməkdaşını qoyublar ki, apar İstanbula, ordan da yola sal xarabalarına. O da təyyarədə başlayıb ağlamağa, həm də bağırıb ki, onda İtaliya sənədləri var, göndərirlərsə İtaliyaya göndərməlidirlər. Bədbəxti İstanbuldan yola salmalı olan ingilis məmuru onu salıb təpiyinin altına, eşşək sudan gəlincə döyüb. İngiltərədə də eşşək az olduğundan sudan gec gəlir. Və ən qəribəsi odur ki, o məmura heç kim mane olmayıb, hətta təyyarənin ekipajı da.

Al, bu da sənə İngiltərə demokratiyası. Bir ye, beş payla.