ANA SƏHİFƏ / GÜNDƏM

Qazaxıstanın latın əlifbasına keçidi müzakirə olunub

2911    |   2017-06-19 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın ortaq təşkilatı olan Beynəlxalq Türk Akademiyası (TWESCO) Qazaxıstanda latın əlifbasının bərpası məsələlərinə həsr olunmuş konfrans keçirib.

 Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Egemen Qazaxıstan" qəzetində dərc olunan "Gələcəyə doğru yol: Mənəvi yenilənmə" adlı geniş məqaləsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi məsələlərinin geniş dəyərləndirildiyi toplantının moderatorluğunu Akademiya prezidenti Darxan Kıdırali edib.

Tədbirdə nüfuzlu ictimai-siyasi xadim Mırzatay Joldasbekov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ağsaqqallar Şurasının üzvü Adil Əhmədov, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü Bolat Kömekov, А.Baytursınov adına Dilçilik İnstitutunun Direktoru Yerdən Kajıbek, habelə görkəmli türkoloq və dilçilər iştirak edib.

 "Eurasian Book Fair - 2017" beynəlxalq kitab sərgisi çərçivəsində təşkil edilən konfransda iştirakçılar Prezident Nursultan Nazarbayev tərəfindən qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələrdən biri kimi qazax dilinin latın əlifbasına keçidinə dair fikirlərini bölüşüblər. Artıq latın əlifbasına keçmiş digər türk respublikalarının təcrübələri üzərində dayanılıb, bu prosesin aktual məsələləri və mexanizmləri müzakirə edilib. Mütəxəssislərin ortaq qənaəti latın əlifbasına keçidin qardaş türk xalqları ilə əməkdaşlığı yeni səviyyəyə çıxararaq elmi inteqrasiya gücləndirəcəyi yönündə formalaşıb.

 Bu baxımdan Y.Kajıbekin "Ortaq latın əlifbası mənəvi azadlığın simvoludur", A.Jünisbekin "Latın əlifbasını canlandırmağın aktual məsələləri" mövzusunda məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 Tədbir çərçivəsində Beynəlxalq Türk Akademiyasının elmi layihələrindən biri kimi prof. Alimxan Jünisbekin "Ortaq türk latın əlifbası" adlı monoqrafiyasının da təqdimatı keçirilib.



İmza:
SON XƏBƏRLƏR
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Salam həkim. Mən 3 ay bundan əvvəl sizin yanınızda idim. Revmatizm tapdız məndə. Nəmişlikdən uzaq olun dediz.
-Hə. Yadıma gəlir. İndi nədi sizi narahat edən?
-Gəldim soruşam ki, daha dözə bilmirəm qaşınmadan. Olar çimim?




digər lətifələr
ARXİV
FACEBOOK