adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyun 2017 12:05
4002
GÜNDƏM
A- A+

Zaqatala qadınları maarifləndirilib

 "İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Zaqatala rayonunda "Qadın hüquqları: tanıyaq və qoruyaq!” layihəsini icra edir. 
 
Layihə çərçivəsində ilk tədbir Zaqatala rayon Dağlı kənd Bələdiyyəsində keçirilib. Tədbirdə müxtəlif sahələrdə çalışan kənd sakinləri, evdar xanımlar və tələbələr iştirak ediblər.
 
İctimai Birliyin sədri Elşən Musayev iştirakçıları salamyaraq layihə və təşkilat haqqında məlumat verib. Layihənin mövzusunun aktuallığını qeyd edən E. Musayev dövlətimizin bütün vətəndaşlarının, həmçinin də qadınların hüquqlarının qorunmasını təmin etdiyini deyib.
 
E. Musayev regionda siyasi və ictimai fəal xanımların fəaliyyətindən danışaraq qızların təhsil almasının vacibliyini vurlayıb.
 Kənd sakinləri mövzu ətrafında fikirlərini bildiriblər. Kənd məktəbinin müəllimi Çimnaz Məmmədova və şəhid Natiq Bəşirovun atası çıxış ediblər.