ANA SƏHİFƏ / GÜNDƏM

AXIR Kİ FİFA AQİL ABBASIN TƏKLİFİNİ QƏBUL EDİR

4601    |   2017-06-19 13:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən dəfələrlə FİFA-ya müraciət etmişəm ki, eləcə də UEFA-ya futbol matçı 60 dəqiqə olsun. Çünki bizim futbolçular 60 dəqiqə əjdaha kimi oynayırlar, sonra nəfəsləri çatmır.

Nəhayət, mənim təklifim eşidildi. İndi beynəlxalq futbol assosiasiyası oturub fikirləşib və belə nəticəyə gəlib ki, oyun 90 dəqiqədən 60 dəqiqəyə endirilsin. Amma bir şərtlə ki, xokkeydə olduğu kimi, oyun dayandırılarkən saniyə ölçənlər də dayandırılsın.

İndi Braziliya qabağımızda dursun görüm, necə durur.

Görən, bu təklifi ilk dəfə mən irəli sürdüyümə görə FİFA-nın qərargahının qarşısında mənim heykəlimi yapacaqlar, yoxsa yox? İnanmıram, çünki dünyada futbolu ilk dəfə hindistanlılar kəşf edib, ingilislər də onlardan oğurlayıb deyiblər ki, bu bizim icadımızdı. Və dünya da belə qəbul edib.

Əşi, təki hər şey bizim milli komandanın istəyi kimi olsun.




İmza:
SON XƏBƏRLƏR
11.10.2017


VİDEO