ANA SƏHİFƏ / MARAQLI

SƏDDAM HÜSEYN İNOPLENTYANLARDAN BİRİ İLƏ EŞQ YAŞAYIBMIŞ

2524    |   2017-06-19 13:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz doğrudanmı XXI əsrdə yaşayırıq? Heç inanmağım gəlmir. Çünki insanlar elə şeylərə inanırlar ki, hətta ibtidai icma quruluşunda yaşayanlar ona inanmazdılar.

Mətbuatda belə bir yazı gedib ki, Səddamın zamanında İraqda uçan bir boşqabı vurublar, içində də 3 nəfər olub. Səddam onları sarayına gətirib, sonra aparıb bir yerdə gizlədib və onlarla məsləhətləşibmiş və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq. Özü də bunu hansısa zibil bir xarici mətbuata əsaslanan hörmətli bir sayt ilk dəfə yayımlayıb. İndi zırhazır müzakirələr gedir.

Bizim müxbirimiz Oğuz Ayvaz çox bir müsibətlə cəhənnəmə telefon aça bilib, Səddam Hüseynlə danışa bilib. Səddam da deyib ki, deyilənlər düzdür. Hətta inoplanetyanların biri qadınıydı, onunla eşq yaşayıb, həmin xanımın da bir suyu Cenifer Lopezə oxşayırdı, ondan törəyən oğlu da İŞİD-i yaradıb.

Heç ağlınıza dua da yazmayım.




İmza:
SON XƏBƏRLƏR
2017-06-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı gecə evinə gedir. Yolüstü parkdan keçərkən qəfil səs eşidir.
- Dayan!
Vəli dayanır.
- Uzan!
Vəli uzanır.
- Sürün!
Vəli qorxusundan sürünməyə başlayır. Bu vaxt bir nəfər ona yaxınlaşaraq:
- Qardaş, nə olub? Mən burda itimlə məşq edirdim. Gördüm sürünürsünüz, dedim bəlkə nəsə olub.




digər lətifələr
ARXİV
FACEBOOK