ANA SƏHİFƏ / DÜNYA

TÜRKİYƏDƏ ƏSGƏRLƏRƏ UCUZ YEMƏK VERİRLƏR

5226    |   2017-06-19 13:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Manisadakı hərbi hissələrdə mayın 23-dən bəri dörd dəfə zəhərlənmə hadisəsi olub və təxminən 1500-ə yaxın əsgər hospitallara yerləşdirilib və onlardan biri həyatını itirib.

Axırıncı zəhərlənmə şənbə günü olub. Bu dəfə 713 əsgər zəhərlənib. Qardaş ölkənin müdafiə naziri Fikri İşık bildirib ki, əsgərlərə ucuz yemək verirlər. Ay sənin Türkiyə.

«Dolu» filmi çəkilərkən təxminən 1 aydan çox Daxili Qoşunlarla birlikdə olduq. Komandanlıq filmin yaradıcı kollektivinə icazə vermişdi ki, (təxminən 80 nəfər) günorta yeməyində bizim qonağımız olun. Mən də bir neçə dəfə Daxili Qoşunlarımızın əsgərləri ilə naharı birlikdə etdim. Kim inanır-inansın, inanmır da özü bilər və yaxud da gedib görə bilər. Yesentukidə müalicə sanatoriyalarında verilən yeməklərdən daha ləzzətli və daha kalorili idi.

Öz əsgərinin qədrini bilməyən başqa ölkənin əsgərini yedirtməli olur.

Tanrı bunu bizim Türkiyədən uzaq eləsin!




İmza:
SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK