adalet.az header logo
  • Bakı 20°C
19 Iyun 2017 21:49
19863
MƏDƏNİYYƏT
A- A+

“Yuğ”un yeni tamaşası maraqla qarşılanıb

Azərbaycan Dövlət "Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşa –"Metamorfoza” adlı səhnə əsərini təqdim edib. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.

Rejissor Günay Səttarın quruluşunda təqdim olunan tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış ediblər.

Premyerası A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşan səhnə əsərinin xronometrajı 75 dəqiqə olub.

Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə "özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.

Səhnə əsərinin məramı belədir: Sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

Teatrsevərlər tərəfindən diqqətlə izlənilən səhnə əsəri maraqla qarşılanıb.