Atama məktub

OĞUZ AYVAZ
39322 | 2017-06-19 13:19

Atasəngedəli beşinci ildir. Çox şey dəyişib, hətta mən də dəyişmişəm. İnanmayacaqsan,amma evləndim. Sevdiyim qadın da yazıçıdır. Adı da Dənizdi! 

Saçlarım bir az da ağarıb,kökəlmişəm, eynəyimin şüşəsini dəyişdirmişəm. Bizi soruşursansa, qardaşım,bacım hamısı yaxşıdılar, üçümüz də işləyirik. Yazıçı oğlun Ayxan xeyli inkişafeləyib, narahat olma içib eləmir, bacım Gülbəs isə azca kökəlib, rəssamlıquniversitetini də bu ay bitirir. Bircə tez-tez əsəbləşməyi olmaya. Böyüdükcəsənə oxşayır. Yuxuya getməyi də eyni sənsən. Ata, anam necədir? Onunlagörüşdünüz heç?

Məndə sən gedəndən şeirlər yazdım, şeirlərimdə sən vardın, anam vardı. Bu ayhavalar sərin keçir. Hər həftə yağış yağır şəhərimizə. Ata, bu adamlar lap dəliolub e, bilirsən, yağışdan qaçırlar, qorxurlar islanmaqdan. Mən yağışda çox gəzirəm,heç xəstələnmirəm də. Sən həmişə məni danlayırdın ki, soyuqdan qoru özünü,görürsən sözünə yenə də baxmıram. Ancaq gecələr ədyalla yatıram, üstümü də açıqqoymuram. Universitetimi heç soruşma, oranı hələ də bitirə bilməmişəm. Üzümqaradı. Ancaq, mütaliə edir, filmlər izləyirəm. İnanmırsansa Ayxandan soruş. Həyadımdan çıxmamış deyim, Ayxan da siqaret çəkir. Biz çox tez böyüdük, ata. İndiinsanları tanıyırıq. Tanıdıqca sarsılırıq. Ayxana dediyin bir sözün vardı e:Adamları tandıqca qorxma! Biz də adamlardan daha qorxmuruq...

Kəndimiziheç soruşma. Ordakı insanlar "buz adam”a çevriliblər, laqeydləşiblər.Sənin böyüdüyün evi kol-kos basıb. Qara itimiz də ölüb. Yazılarından narahatolma. Hamısını çap edəcəyik. Sevimli komandan Türkiyə milli futbol komandasısən gedəndən çox zəyifləyib, tükənib. İnanmayacaqsan amma Azərbaycan millisi xeyliinkişaf edib. Keçən oyunda Norveçi uddu. Ancaq kasıb ölkələr dünya çempionatındaçempion ola bilmir...

Ata,sən tanıdığım ən təmiz adam olaraq köçdün yer kürəsindən. Bəlkə də yenidəndünyaya gəlmisən. Bəlkə qonşumuzda doğulan körpə sənsən. Məzarınıza tez-tezgələ bilmirik. Ora gələndə günlərcə özümüzə gələ bilmirik. Elə bilirəm ki,dünən getmisən bizdən. Elə bilirəm ki, bu saat ayılacaqsan və bizigüldürəcəksən.

Dostlarımıheç soruşma. Onlardan ayırldım. Uzun hekayədir, sonra danışaram. İndi dostlarımAyxan, Gülbəs, həyat arkadaşım Dənizdir!

Sənəgülməli bir əhvalat danışım. Axşam futbol izləyirdim. Gülbəs də mətbəxdə yeməkbişirirdi. Qəfil, təşvişlə üstümə atıldı ki, "kuxna"da siçan var. Tut, onuöldür. Yaşamasını dedim. Gedib qonşuları çağırdı. Hamı səfərbər olub siçanıaxtardılar, ancaq tapa bilmədilər. Sənin "Siçanın ölümü” hekayənixatırladım.

Yaxşıata, mən getməliyəm. Redaktorumuz məni çağırır. Bir gün mütləq, görüşəcəyik.Hələlik!

TƏQVİM / ARXİV