ANA SƏHİFƏ / YAZARLAR

Atama məktub

7238    |   2017-06-19 13:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atasən gedəli beşinci ildir. Çox şey dəyişib, hətta mən də dəyişmişəm. İnanmayacaqsan, amma evləndim. Sevdiyim qadın da yazıçıdır. Adı da Dənizdi! 

Saçlarım bir az da ağarıb, kökəlmişəm, eynəyimin şüşəsini dəyişdirmişəm. Bizi soruşursansa, qardaşım, bacım hamısı yaxşıdılar, üçümüz də işləyirik. Yazıçı oğlun Ayxan xeyli inkişaf eləyib, narahat olma içib eləmir, bacım Gülbəs isə azca kökəlib, rəssamlıq universitetini də bu ay bitirir. Bircə tez-tez əsəbləşməyi olmaya. Böyüdükcə sənə oxşayır. Yuxuya getməyi də eyni sənsən. Ata, anam necədir? Onunla görüşdünüz heç?

Mən də sən gedəndən şeirlər yazdım, şeirlərimdə sən vardın, anam vardı. Bu ay havalar sərin keçir. Hər həftə yağış yağır şəhərimizə. Ata, bu adamlar lap dəli olub e, bilirsən, yağışdan qaçırlar, qorxurlar islanmaqdan. Mən yağışda çox gəzirəm, heç xəstələnmirəm də. Sən həmişə məni danlayırdın ki, soyuqdan qoru özünü, görürsən sözünə yenə də baxmıram. Ancaq gecələr ədyalla yatıram, üstümü də açıq qoymuram. Universitetimi heç soruşma, oranı hələ də bitirə bilməmişəm. Üzüm qaradı. Ancaq, mütaliə edir, filmlər izləyirəm. İnanmırsansa Ayxandan soruş. Hə yadımdan çıxmamış deyim, Ayxan da siqaret çəkir. Biz çox tez böyüdük, ata. İndi insanları tanıyırıq. Tanıdıqca sarsılırıq. Ayxana dediyin bir sözün vardı e: Adamları tandıqca qorxma! Biz də adamlardan daha qorxmuruq...

Kəndimizi heç soruşma. Ordakı insanlar "buz adam”a çevriliblər, laqeydləşiblər. Sənin böyüdüyün evi kol-kos basıb. Qara itimiz də ölüb. Yazılarından narahat olma. Hamısını çap edəcəyik. Sevimli komandan Türkiyə milli futbol komandası sən gedəndən çox zəyifləyib, tükənib. İnanmayacaqsan amma Azərbaycan millisi xeyli inkişaf edib. Keçən oyunda Norveçi uddu. Ancaq kasıb ölkələr dünya çempionatında çempion ola bilmir...

Ata, sən tanıdığım ən təmiz adam olaraq köçdün yer kürəsindən. Bəlkə də yenidən dünyaya gəlmisən. Bəlkə qonşumuzda doğulan körpə sənsən. Məzarınıza tez-tez gələ bilmirik. Ora gələndə günlərcə özümüzə gələ bilmirik. Elə bilirəm ki, dünən getmisən bizdən. Elə bilirəm ki, bu saat ayılacaqsan və bizi güldürəcəksən.

Dostlarımı heç soruşma. Onlardan ayırldım. Uzun hekayədir, sonra danışaram. İndi dostlarım Ayxan, Gülbəs, həyat arkadaşım Dənizdir!

Sənə gülməli bir əhvalat danışım. Axşam futbol izləyirdim. Gülbəs də mətbəxdə yemək bişirirdi. Qəfil, təşvişlə üstümə atıldı ki, "kuxna"da siçan var. Tut, onu öldür. Yaşamasını dedim. Gedib qonşuları çağırdı. Hamı səfərbər olub siçanı axtardılar, ancaq tapa bilmədilər. Sənin "Siçanın ölümü” hekayəni xatırladım.

Yaxşı ata, mən getməliyəm. Redaktorumuz məni çağırır. Bir gün mütləq, görüşəcəyik. Hələlik!



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2017-08-23
2017-08-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tağı Mamedlə söhbət edir.
Tağı:
- Məntiq nədi?
Mamed: - Sən evdə balıq saxlayırsan?
Tağı: - Hə.
Mamed: - Deməli, təbiəti sevirsən, təbiəti sevirsənsə ailəni sevirsən, ailəni sevirsənsə, demək kişi adamsan, bax məntiq budur.
Tağı Mameddən aralanıb evinə gələndə yolda qonşusu ilə rastlaşır:
- Qonşu, sən evdə balıq saxlayırsan?
- Yox.
Tağı: - Məntiqlə baxanda demək sən kişi deyilsən.




digər lətifələr
ARXİV
FACEBOOK