ANA SƏHİFƏ / MƏMLƏKƏT

Hava pisləşəcək - Xəbərdarlıq

3407    |   2017-06-19 12:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 20-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azırbaycanın rayonlarında səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.



İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam orda-burda qadınlar haqqında danışıb dururmuş... "Dünyada pul ilə əldə edilməyəcək qadın yoxdu” deyirmiş...

Bir gün işi azıdıb:

"Mən Kraliçanı belə pulla əldə edə bilərəm. Yetər ki, qiymətini öyrənim!” demiş.

Söz dönüb dolaşıb Kraliçanın qulağına çatıb. Kraliça əsəbləşmiş və adamı çağırdıb:

-Sən belə belə dedinmi?

-Bəli əfəndim, dedim...

-Necə bunu deyə bilərsən ədəbsiz? Sənin kəlləni uçurdaram! Nə imiş mənim qiymətim?

-10 milyon euro, necədi əfəndim, yetərmi?

-Sus tərbiyəsiz, əxlaqsız adam!

-Hirslənməyin görkəmli Kraliçam... 100 milyon euro olsun...

Kraliça daha da əsəbləşmiş:

-Sən mənə necə qiymət verərsən? Kimsən axı?

Adam düşüncəli bir şəkildə başını qaşımış:

-Əsəbləşməyin əfəndim, bu sarayınızı qızıldan inşa edib sizə hədiyyə etsəm nə deyərsiz?

Kraliça birdən fikrə getdi:

-Səndə o qədər qızıl varmı?

Adam qanrılıb arxasında dayanan gözçətçiyə fısıldamış:

Kraliçanın da qiymətini tapdıq! İndi iş o qədər qızılı tapmağa qaldı!





digər lətifələr
ARXİV
FACEBOOK