adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Iyun 2017 13:02
17532
ƏDƏBİYYAT
A- A+

Böyük yazıçının məhəbbət macərası...

Bu yazı rus yazıçı Konstantin Paustovskinin sevgi əhvalatından bəhs edir...

Tatyananın birinci nikahından olan qızı Qalina Arbuzova danışır:

"Tatyana Yevteeva dramaturq Aleksey Arbuzovla evliydi. Onlar belə bir vaxtda tanış olmuşdular. Aleksey hətta Tatyanaya pyes belə həsr etmişdi, adı da beləydi: "Tanya”. Məşhur yazıçı Konstantin Paustovski isə çoxdan evlənmişdi. Onların sevgi tarixçəsi – buna uzadılmış sevgi tarixçəsi də demək olar – keçmiş əlaqənin məhəbəttə çevrilməsi kimi izah oluna bilər.” – Qalina Arbuzova yaranan sevgini bu cür ifadə edirdi. - Anamı Konstantin Paustovskiylə atam tanış elədi. Onlar Yeni ildə, Yaltada tanış oldular. Atam böyük bir hadisə baş vermiş kimi anamı səslədi: "Tanya, Tanya, tez gəl bura. Səni qeyri-adi bir insanla, yazıçıyla tanış edəcəm!”. Bunu sonradan anam mənə danışmışdı. Onda atam çox həvəslə Paustovskidən danışırmış. Düzdü, o zaman anam Konstantin Paustovskidən heç nə oxumamışdı, amma öz atasına olan sevgisi kimi sakitcə onun səsləndirdiyi fikirlərə qulaq kəsildi. Elə bil o, neçə illərdir bu addımın gəlib çıxmağını gözləyirmiş. Bu adam özünə çox güvənən biri idi. Anama onun təkliyi və necə deyərlər, dikbaşlığı xoş gəlmirdi. Konstantin tez zamanda anamı sevdi. Anam sözün həqiqi mənasında, dünya gözəliydi. Göy gözləri, ağ üzü, uzun saçı...”


Romantik Paustovski

"Müharibədə dağıdılmış evimizi təzədən bərpa edəndə bizə artıq orda heç nə qalmamışdı. Onda qışdı, soyuqdu. Anam öz çəkməsini yamayıb gəzirdi. Bir gün aktyorlardan Astanqov anamı restorana çağırmışdı. Anam belə demişdi: "Mənim ayağıma keçirməyə heç tuflim belə yoxdu...” Astanqov isə cavabında: "Sənə keçə çəkməylə də olar” demişdi. Daha sonra anam həmin gün necə rəqs etdiyini məzəli şəkildə mənə nağıl edirdi... Biz "Balşoy Teatr”ın yanında yaşayırdıq. Paustovskiylə yaxınlıq da bu vaxtlar oldu. Bir də bu gərgin dönəmlərdə anamla atam ayrılmaq həddinə çatmışdılar. Paustovski bizim elə də böyük olmayan otağımıza bir çəngə gül buraxmışdı. Onda anamla az danışırdılar. Ancaq bu gül atmaq davamlı oldu. Paustovskinin bu nəzakətinə gülür, onu lağa qoyurdular. Onda Paustovskinin 48 yaşı vardı, yəqin dostları məhz buna görə ona gülürdülər... Anam Paustovskini elə də tez sevmədi, amma onun gücünə bələddi. O, neçə dəfə məni yazıçıya qonaq göndərirdi. Yazıçının otağı yadıma dumanlı şəkildə düşür. Mən şübhəsiz, itlərdən çox qorxurdum, bu qorxu da atamdan keçmişdi. Paustovskinin də Funtik adında iti vardı, yazıçının bir neçə hekayəsində bu itin adı keçir. İt hürməyə başlayanda elə qaçmışam ki, gəlib böyük yazıçının yazı masasına çıxmışam. Ona görə də mənim Paustovskiylə tanışlığım uzun illərə dayanır...”


Paustovski ata rolunda

"Güllər anamı o qədər də heyran eləmədi. O, ikinci dəfə başqa birisiylə, Mixail Yakoleviç Şneyderlə evləndi. O zaman Moskvada iki filoloji məktəb vardı. Onlardan birinin başında Şneyder dururdu. O, ssenarist idi, bir kitab yazmışdı: "Axmaqla baş-başa”. Əlbəttə, onda çap eləmək mümkün deyildi... Müharibə başladı. Biz Çistopoldan güclə xilas olduq. Paustovski bizi dağıntıdan qurtarıb Alma-Ataya apardı. Bax elə orda, 1943-cü ildə Paustovski anama öz sevgisini elan etdi. Ancaq bu onların münasibətini dəyişmədi. Bununla belə, Konstantinlə tez-tez rastlaşırdım. Onda biz çox kasıb vəziyyətdəydik. Geyim-keçimimiz, üst-başımız kir-pasaq olurdu. Hər şey bir yana, anam yenə dünya gözəli olaraq qalırdı... Anamla Paustovskinin münasibətləri birdən-birə deyil, yavaş-yavaş güclənməyə başladı. Tale qəribə, eyni zamanda qəliz məsələdi. Beləliklə, Konstantin Paustovski də ata taleyində iştirak etməli oldu. Müharibənin sonunda atam mədə yarasından ölümcül vəziyyətdəydi. Arvadı bu haqda anama məlumat verdi. Anamın isə o vaxt yüksək vəzifədə işləyən tanışı yoxdu, bircə Paustovskini tanıyırdı. Paustovskiyə zəng elədi, gecə yazıçı bizə gəldi və cərrah tapıb gətirdi. Atam əməliyyat keçirdi və sağaldı.

Mən K.Paustovskini çox sevirdim. Çünki mənim atam həmişə məni tək qoyurdu, ancaq o mənə təkliyi unutdururdu. Atamla dörd yaşımda ayrılmalı oldum. Onu bir daha görə bilməmişdik. Müharibə, dağılmış evlər, kasıb insanlar... onunla ayrılmağımız taleylə bağlıydı. Ancaq daha sonra atam məni özüylə götürdü, artıq mən böyümüşdüm və bu adam mənim üçün maraqsızdı. Lakin o, mənə fransızcanı öyrətmək istəyirdi. O zaman hesab edirdim ki, mənim bircə atam var – Arbuzov. Ancaq Paustovski mənim içimdəki boşluğu doldurdu. Bu çox qəliz məsələdi, sözlərlə təsvir etmək mümkünsüzdü.”


Xəstə vaxtı səhnəyə çıxan yazıçı

"K.Paustovskinin ağır vaxtlarıydı. Bu vaxt Marlen Ditrixin konserti olacaqdı. Yazıçı ora getmək istəyirdi. Ancaq həkim infarkt və asmanı nəzərə alıb onu buraxmadı. Paustovski isə israr elədi. Axırda həkim onunla birgə getməyi qərarlaşdırdı. Konsertdən sonra Marlen Ditrikdən "Rus ədəbiyyatından kimi bəyənirsiz?” deyə sual verilir, qadın da: "Əlbəttə, Paustovski, onun "Teleqram” hekayəsi...” deyə cavablayır. O zaman hamı bir ağızdan Paustovskinin burda olduğunu söyləyir. Tərcüməçi Marlenə bunu deyəndə qadın zala göz gəzdirir. Ancaq Paustovski utancaq olduğu üçün ayağa qalxmır. Bu zaman zal onu alqışlamağa başlayır ki, səhnəyə çıxsın. Paustovski heç nə demədən sakitcə səhnəyə çıxır və Marlenin yanında durur. Sonra şəkil çəkdirirlər, Paustovski qadını öpür.”


Əsərlə həyatın oxşarlığı

"Anamın məktublarından anlaşılırdı ki, Paustovskiylə eşq macəraları bizim evakuasiyadan Moskvaya qayıtdığımız gün başlayıb. Az keçmədi, atam xəstəliyə, yaranmış situasiyanın ağırlığına, müharibənin acı izlərinə dözə bilmədi, vəfat etdi. Anamla Paustovski artıq bir-birini sevir və bunu məktublarla bir-birilərinə anladırdılar. Daha sonra onlar evləndilər. Paustovski "Həyat haqqında” povestində Mariya adlandırdığı obrazla anamın taleyini işıqlandırırdı. Əsərin ikinci hissəsində isə yazıçı öz sevgilisindən ayrılır. Bu anamın obrazıydı. Ancaq anamla Paustovskinin həyatında heç bir dəyişiklik olmadı. Düz 49-cu ilə qədər hər şey çox gözəl keçdi. Belə demək mümkünsə, bu sevgi əhvalatı 39-cu ildən başlayıb 49-cu ildə sona çatdı. Bu sevgi coşğun, qızğın bir sevgi deyildi. Onlar həmişə bir yerdə olmamışdılar. Onların münasibətində kəskin dəyişiklik baş verdi. Anam hər şeyi unutmaq üçün uzaqlaşmağı qərara aldı. Lakin Paustovski anamsız həyatın mənasız olduğunu görüb qadının arxasınca düşdü. Paustovski bizə gələndə aləm bir-birinə dəymişdi. Həmin dönəm anamın da, atamın da ailəsinə yeni bir uşaq gəldi: Alyoşa və Kirill... Paustovski pəncərə taxçasında yazılarını yazırdı. Düz üç il burda qaldı, ancaq heç vaxt darısqallıqdan şikayət eləmədi.”