ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Aziz Sancar: “Müəllimlər millətin gələcəyini müəyyən edir”

11939    |   2017-06-19 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda səfərdə olan ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar UNEC-də media mənsubları ilə görüşüb.

Bakını çox sevdiyini bildirən A.Sancar Azərbaycanda olmaqdan məmnunluğunu bildirib: "Bakını çox sevdim, gözəl və səliqəli şəhərdir. Hesab edirəm ki, burada çox səmərəli görüşlər keçirdim. Təhsil naziri, AMEA prezidenti ilə görüşdüm. Azərbaycanın alimlərinin zəngin biliyə malik olduqlarının, çox faydalı işlər gördüklərinin şahidi oldum”.

Nobel mükafatçısı Azərbaycanda nano-texnologiyalar sahəsində görülən işləri də yüksək qiymətləndirib. Jurnalistlərin diabet və xərçəng xəstəliyinin yaranması və müalicəsi haqqında suallarını cavablandırıb. Bildirib ki, diabet və xərçəng xəstəliyinin müalicəsi hələ də tam olaraq tapılmayıb. Diabetlə ən yaxşı mübarizə üsulu sağlam həyat tərzidir. Ancaq sağlamlığın qeydinə hər hansı bir xəstəliyə tutulmazdan öncə qalmaq lazımdır. Xərçəngdən qorunmaq üçün isə ən azından siqaretdən imtina etmək olar: "Dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkməkdən yaranır. Qalan faizi üzərində isə dünya alimləri çalışır. Onlar müəyyən uğurlar əldə edirlər, ancaq xərçəng xəstəliyinin nə zaman aradan qalxacağını, tam müalicəsinin nə zaman tapılacağını söyləmək çətindir”. Son illərdə texnologiyaların inkişafı nəticəsində xərçəng xəstəliyinin artması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bununla bağlı dünyada iddialar olsada da, sübut edəcək bir dəlil yoxdur.

Ömrünü elmə həsr edən alim "bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”, deyə bildirib: "Müəllimlik həqiqətən müqəddəs peşədir. Onlar millətin gələcəyini müəyyən edir”.

Nobelin əsas meyar olmadığını vurğulayan alim bu mükafatı almadan belə adının dərsliklərdə qeyd olunduğunu bildirib: "1982-ci ildən adım biokimya sahəsində dərsliklərdə çəkilir. Nobelə layiq görülməyim isə məni bu sahə ilə məşğul olmayan insanlara da tanıtdı. Bir alimin Nobelə layiq görülməməsi heç də elmə verdiyi töhfələri azaltmır. Məsələn, riyaziyyat üzrə Nobel mükafatı təqdim edilmədiyindən Lütfi Zadə bu mükafatı almayıb. Amma mən əminliklə sizə deyə bilərəm ki, Lütfi Zadə Nobeldən yüksəkdə dayanır. Mən onun kəşfi ilə iyirmi il öncə tanış olanda heyrətə gəlmişdim”.

Görüşün sonunda A.Sancar Azərbaycanda olmaqdan bir daha məmnun olduğunu bildirib: "Həyatımda dərin iz buraxan bir həftə yaşadım. Bunun üçün sizə minnətdaram!”

Sonda Aziz Sancara üzərində xarı bülbül simvolu olan eksklüziv Qarabağ qalstuku hədiyyə olunub.




İmza:

Bu gün növbəti imtahan keçirilir

1-ci sinfə qəbul üzrə 55 minə yaxın sorğu yerləşdirilib

Jurnalistikanın magistraturasına qəbul olunmaq istəyən bakalavrlara XƏBƏRDARLIQ

Qırğızıstanlı diplomat UNEC-də

BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Çin kulinariyası ilə bağlı master-klass keçirilib

“Kaspi” ilə “Gənc istedadlar” liseyi şagirdlərinin sərgisi açılıb

BANM və ATL Tech şirkəti arasında razılaşma imzalandı

ADU-da ilk Latın Amerikası Film Festivalı çərçivəsində film nümayiş olunub

Türkiyədə Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib

“Opalus Partners” şirkəti UNEC tələbələri üçün təlim keçirdi

Aprelin 15-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

SON XƏBƏRLƏR
2018-04-22
2018-04-21


VİDEO