ANA SƏHİFƏ / MƏMLƏKƏT

Dini Komitə İlqar İbrahimoğluna xəbərdarlıq etdi

2474    |   2017-06-19 12:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi dini icmasının adından tədbir keçirməsi ilə bağlı məsələyə münasibət bildirib.

Modern.az xəbər verir ki, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib ki, iyunun 18-də bəzi kütləvi informasiya vasitələrində İlqar İbrahimoğlu adlı şəxsin Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər "Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb.

"Qeyd etmək istərdim ki, İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur. Hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər "Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur. İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi, bunu mətbuatda işıqlandırması yolverilməzdir, qanunvericiliyə zidd xarakter daşıyır. İlqar İbrahimoğlu bu kimi qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaq” - deyə, o əlavə edib.

Komitə dindar vətəndaşları məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş tədbirlərə qatılmamağa çağırır.




İmza:
SON XƏBƏRLƏR
2017-06-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı gecə evinə gedir. Yolüstü parkdan keçərkən qəfil səs eşidir.
- Dayan!
Vəli dayanır.
- Uzan!
Vəli uzanır.
- Sürün!
Vəli qorxusundan sürünməyə başlayır. Bu vaxt bir nəfər ona yaxınlaşaraq:
- Qardaş, nə olub? Mən burda itimlə məşq edirdim. Gördüm sürünürsünüz, dedim bəlkə nəsə olub.




digər lətifələr
ARXİV
FACEBOOK