ANA SƏHİFƏ / MƏMLƏKƏT

Avtobuslar gecə 2-yə kimi işləyəcək

3763    |   2017-06-19 12:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, "Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən yarış günlərində keçiriləcək mədəni kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb. Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.



İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam orda-burda qadınlar haqqında danışıb dururmuş... "Dünyada pul ilə əldə edilməyəcək qadın yoxdu” deyirmiş...

Bir gün işi azıdıb:

"Mən Kraliçanı belə pulla əldə edə bilərəm. Yetər ki, qiymətini öyrənim!” demiş.

Söz dönüb dolaşıb Kraliçanın qulağına çatıb. Kraliça əsəbləşmiş və adamı çağırdıb:

-Sən belə belə dedinmi?

-Bəli əfəndim, dedim...

-Necə bunu deyə bilərsən ədəbsiz? Sənin kəlləni uçurdaram! Nə imiş mənim qiymətim?

-10 milyon euro, necədi əfəndim, yetərmi?

-Sus tərbiyəsiz, əxlaqsız adam!

-Hirslənməyin görkəmli Kraliçam... 100 milyon euro olsun...

Kraliça daha da əsəbləşmiş:

-Sən mənə necə qiymət verərsən? Kimsən axı?

Adam düşüncəli bir şəkildə başını qaşımış:

-Əsəbləşməyin əfəndim, bu sarayınızı qızıldan inşa edib sizə hədiyyə etsəm nə deyərsiz?

Kraliça birdən fikrə getdi:

-Səndə o qədər qızıl varmı?

Adam qanrılıb arxasında dayanan gözçətçiyə fısıldamış:

Kraliçanın da qiymətini tapdıq! İndi iş o qədər qızılı tapmağa qaldı!





digər lətifələr
ARXİV
FACEBOOK