ANA SƏHİFƏ / MƏMLƏKƏT

ABŞ səfiri Gəncəyə səfər edib

3626    |   2017-06-19 12:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə səfər edib.

Səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Elmar Vəliyev səfiri salamlayaraq, Azərbaycanının ikinci böyük şəhəri Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri və yeni layihələr haqqında məlumat verib.

Gəncədə Amerika hökümətinin dəstəyi ilə inşa edilən meydançalara və gələcək əməkdaşlığa görə təşəkkür edib.

ABŞ səfiri səmimi qarşılanmaya görə təşəkkür edib. Bildirib ki, görüşdən öncə Nizami məqbərəsi və Nizami muzeyini ziyarət edib.

Səfir bildirib ki, Gəncəyə səfərinin məqsədi şəhərin mərkəzi kitabxanasınada "Amerika güşəsi”nin yenidən açılış tədbirində iştirak etmək, Birləşmiş Ştatların beynəlxalq inkişaf agentliyi tərəfindən Gəncədə həyata keçirilən yardım proqramları ilə bağlı ətraflı fikir mübadiləsinin aparılmasıdır. Səfir vurğulayıb ki, bu güşə azərbaycanlılara Amerika ilə təmas qurmaq, vacib bacarıqlar əldə etmək və dil öyrənmək baxımından əhəmiyyətli bir məkandır.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncə şəhərində məcburi köçkünlərin həyat şəraiti ilə də maraqlanıb. Gəncə şəhərinə səfərlərində onlarla bir neçə dəfə görüşdüyünü deyib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə məcburi köçkünlər üçün iki qəsəbə salınıb. Birinci qəsəbəyə 1600-ə yaxın ailə , ikinci qəsəbəyə isə 700 ailə köçürülüb. Dövlət tərəfindən onlar üçün bütün lazımi şərait yaradılıb. Onlar daima dövlətin dəstək və qayğısı ilə əhatə olunurlar.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.



İmza:
SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK