Ramazan bayramında əfv olacaq?
"Əfv sərəncamının verilməsi cənab Prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Amma yaxın günlərdə əfv sərəncamının imzalanacağı gözlənilmir”.
Adalet.az xəbər verir ki, bu haqda Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Komissiya üzvü fikirlərini aşağıdakı kimi əsaslandırıb:
"Nəzərə alsaq ki, sonuncu əfv sərəncamı mart ayında verilib və 423 nəfər əfvə düşüb, onda belə tez-tez sərəncam imzalanacağını gözləmirəm. Eyni zamanda, əfv sərəncamı verilməzdən əvvəl Komissiyanın iclasları olmalı, işlərə baxılmalıdır. Bu günlərdə Komissiya toplanmayıb və yaxın günlərdə də iclaslarla bağlı hər hansı məlumat yoxdur”.
O qeyd edib ki, istənilən halda sonuncu söz prezidentindir.
Digər Xəbərlər
17 Aprel 2024 18:52
Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO
17 Aprel 2024 17:35Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Aleksey Juravlev
17 Aprel 2024 17:12Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Aprel 2024 16:39Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçirib - VİDEO
17 Aprel 2024 16:10