ANA SƏHİFƏ / GÜNDƏM

Vaqif Əsədov jurnalistlərin binasından ev almaq istəyir? - Açıqlama

1113    |   2017-06-19 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov jurnalistlər üçün tikilən binadan ev almaq üçün müraciət etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Adalet.az xəbər verir ki, DYP rəsmisi AzVision.az-a açıqlamasında jurnalistlərin binasından ev almaq niyyətində olmadığını deyib.

"Bu məlumatlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kimlərsə məqsədli şəkildə belə yalan məlumatlar yaymaqla qalmaqal yaratmaq istəyirlər. Bununla da mənim fəaliyyətimə kölgə salmağa çalışırlar. Yenə də bildirirəm ki, jurnalistlərin binasından ev almaq üçün müraciət etməmişəm. Bu barədə düşünməmişəm"-V.Əsədov deyib.


İmza:
SON XƏBƏRLƏR
2017-06-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı gecə evinə gedir. Yolüstü parkdan keçərkən qəfil səs eşidir.
- Dayan!
Vəli dayanır.
- Uzan!
Vəli uzanır.
- Sürün!
Vəli qorxusundan sürünməyə başlayır. Bu vaxt bir nəfər ona yaxınlaşaraq:
- Qardaş, nə olub? Mən burda itimlə məşq edirdim. Gördüm sürünürsünüz, dedim bəlkə nəsə olub.




digər lətifələr
ARXİV
FACEBOOK