ANA SƏHİFƏ / MƏMLƏKƏT

QHT tədbir keçirdi - Fotolar

5184    |   2017-06-19 11:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində tədbir keçirib. 

 18.06.2017-ci il tarixində 15:30 - da "Metro Park” Ticarət Mərkəzində yerləşən "Park Cinema” kinoteatrinda baş tutan tədbirdə əsas məqsəd Şəhid ailələri, müharibə veteranları və əlillərinin övladlarının və ailə üzvlərinin asudə vaxtlarının səmərəli keçirməsinə ictimai dəstəyi artırmaqdır. Tədbirdə çıxış edən Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin üzvü, tədbirin aparıcısı Həsənli Nərmin deyib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb: "Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial proqram Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına daimi diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Xüsusən də, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı həmin şəxslərin yeni mənzillərlə təminatında mühüm addımların atılmasına imkan yaradıb”. N. Həsənli deyir ki, bütün bunlara baxmayaraq şəhid ailələri, müharibə veteranları və əlillərin bir sıra problemləri hələ də qalmaqdadır: "Belə ki, şəhid ailələri üçün Prezident təqaüdü təsis olunub. Lakin hazırda şəhid ailələri arasında təbəqələşmə mövcuddur. Çünki Milli Qəhrəman ailəsi, 20 Yanvar şəhid ailəsi və Qarabağ müharibəsi şəhidi ailəsi ayrı-ayrı məvacib alırlar. Bu təbəqələşmə aradan qaldırılmalıdır. Bu təbəqələşmə şəhid ailələri arasında inciklik yaradır. Nə üçün Qarabağ müharibəsində şəhid olan əsgərin ailəsi 20 Yanvar şəhid ailəsindən qat-qat aşağı məvacib alsın? Bütün bunlar qeyri-obyektiv fikirlərin formalaşmasına gətirib çıxarır. Hazırda əlillər ölkə daxilində reabilitasiya kursu keçirlər. Ancaq xəstəxanalarda əlillərin müalicəsi üçün lazım olan tibbi ləvazimatlar, dərmanlar azlıq təşkil edir. Vaxtında müalicə olunmamaq isə onun həyatına təhlükə yaratmış olur. Əlillərin tibbi sığorta məsələsinin həll olunması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edib. Qaldırılan digər məsələ isə hepatit xəstəliyinə tutulmuş əlillərin dövlət hesabına müalicə almasıdır. Təhsil sahəsinə gəldikdə isə, deyə bilərik ki, qaçqın və məcburi köçkün ailələrinin övladları pulsuz təhsil alırdılar. Bu gün şəhid ailələrinin övladları da ali məktəblərdə təhsil haqqından azad olunublar. Ancaq canını vətən üçün fəda edərək müxtəlif qruplar üzrə əlillik dərəcəsi almış şəxslərin övladları bu hüquqdan yararlana bilmirlər. Vaxtında təhsil haqqı ödənilmədikdə isə ali məktəbdən xaric olunurlar. Bu hal isə əlil olan şəxslərə ciddi təsir göstərir və bəzən də stress, əsəb gərginliyi xoşagəlməz hadisələrə səbəb olur. İctimai birlik bu məsələni də təkliflər siyahısına daxil edib. Təşkilatımıza edilən müraciətlər əsasında onu demək olar ki, bugün şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılmağına baxmayaraq hələ də bu təbəqədən olan insanların mənzil, təhsil, və digər sosial problemləri var. Sözügedən təbəqəyə aid olanlar mənzil almaları üçün lazım olan sənədlərin toplanması və siyahıya düşmək üçün hansı aidiyyatı quruma müraciət etməli olduğunu bilmir. Təhsil və digər sosial problemlər qarşısında aciz qalıblar”. N. Həsənli onu da bildirib ki, layihə çərçivəsində SOSİALXƏBƏR.AZ saytında şəhid ailələri, müharibə veteranları və bu təbəqədən olan vətəndaşlarımızın maarifləndirilməsi məqsədi ilə xüsusi bölmə yaradılıb. O bölmədə sözügedən təbəqəyə aid olan bütün hüquqi- normativ sənədlər yerləşdirilib. Həmçinin qaynar xətt də fəaliyyət göstərir ki, bu qaynar xətt vasitəsi ilə istənilən şəxs müracit edə və qarşılaşdığı problemlərlə bağlı ətraflı məlumat ala bilərlər. Təşkilat sədri onu da bildirib ki, layihə çərçivəsində şəhid ailələri, müharibə veteranları və əlillərin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər davam etdiriləcək.





İmza:
SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK