ANA SƏHİFƏ / GÜNDƏM

Ermənilər Qarabağda hotellər tikirlər

2098    |   2017-06-19 11:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənilər xariciləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda hotel, motel və hostellər istifadəyə verib.

Bu haqda məlumatı AMEA-nın İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov verib.

Obildirib ki, Ermənistan hökuməti Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək hotel kimi istifadəyə verirlər. Bu hotellərdən biri"Avan Shoushi Plaza" hoteldir. Üç ulduz lisenziyası ilə sənədləşdirilən bu hotel, keçmiş "Qarabağ" mehmanxanasının binasıdır. Hotel 2011-ci ildə istifadəyə verilib. Hoteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: "Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir".

"Shushi Grand Hotel" isə 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib. Hotel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burada 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 vip-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqları var.

Shushi Hotel şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir. 21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.

Armen and Christina's B&B: Şuşada otellərdən başqa adi vətəndaşlarda azərbaycanlıların yaşadıqları evləri təmir edərək ucuz qiymətə turistlərə icarəyə verirlər. Fransa vətəndaşı Armen adlı bir şəxs Rumıniyadan olan Kristina adlı bir qızla evlənərək Şuşaya gələrək burada bir neçə boş evi təmir edərək hotel biznesi ilə məşğul olurlar.

İrəvandan olan gənc ailə Mhitar və Armin də Şuşaya gələrək buradakı boş azərbaycanlı evlərini təmir edərək turistlərə icarəyə verərək gəlir əldə edirlər.

Şuşi hotelində xidmətçi işləyən Bella adlı bir xanım da məskunlaşdığı evdə hər gün 4 - 5 turist qəbul edə bilir.

Ermənistan Hökuməti Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuuni ərazilərində türizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni hotellər istifadəyə verirlər. Ermənilər Hadrud qəsəbəsinin mərkəzində "Nazank" coaching inn (Nazank hostel) otelini istifadəyə veriblər.

Noyan Tapan Hosteli isə Şuşa yaxınlığında yerləşir. Restoranı və müştərilərinə uyğun olaraq ekskursiya xidmətləri mövcuddur.

Ağdərə şəhərinin mərkəzində "Lousastgh" hosteli fəaliyyət göstərir.

Laçın rayonunun Soltanlar (Hüsülü) kəndində Soltan Əhməd sarayının binasında Melikatun Hostel yaradılıb.

Xocavənd rayonunun Tuğ kəndində Kyank hosteli istifadəyə verilib. Hotelin restoranı və istirahət zonası var.

Ağdərə şəhərinin mərkəzində Hostel Artsakh yerləşir. 19 çarpayıdan 1 ikinəfərlik, 1 üçnəfərlik, 1 dördnəfərlik, 2 beşnəfərlik otaqlardan ibarətdir.

F. İsmayılov bildirib: "Hal - hazırda Ermənistan hökumətinin Qarabağda apardığı turizm təbliğatı qeyri-qanuni olmaqla həm də əxlaqi dəyərləri zədələyir. Bütün bu oyunların qurulmasında Ermənistan hökumətinin məqsədi: - dünya ictimaiyyətinin diqqətini çəkmək və Dağlıq Qarabağ ərazilərini müstəqil inzibati ərazi vahidi kimi tanıtmaqdan ibarətdir".

Həmin otellətin bəzilərinin fotolarını təqdim edirik:




İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam orda-burda qadınlar haqqında danışıb dururmuş... "Dünyada pul ilə əldə edilməyəcək qadın yoxdu” deyirmiş...

Bir gün işi azıdıb:

"Mən Kraliçanı belə pulla əldə edə bilərəm. Yetər ki, qiymətini öyrənim!” demiş.

Söz dönüb dolaşıb Kraliçanın qulağına çatıb. Kraliça əsəbləşmiş və adamı çağırdıb:

-Sən belə belə dedinmi?

-Bəli əfəndim, dedim...

-Necə bunu deyə bilərsən ədəbsiz? Sənin kəlləni uçurdaram! Nə imiş mənim qiymətim?

-10 milyon euro, necədi əfəndim, yetərmi?

-Sus tərbiyəsiz, əxlaqsız adam!

-Hirslənməyin görkəmli Kraliçam... 100 milyon euro olsun...

Kraliça daha da əsəbləşmiş:

-Sən mənə necə qiymət verərsən? Kimsən axı?

Adam düşüncəli bir şəkildə başını qaşımış:

-Əsəbləşməyin əfəndim, bu sarayınızı qızıldan inşa edib sizə hədiyyə etsəm nə deyərsiz?

Kraliça birdən fikrə getdi:

-Səndə o qədər qızıl varmı?

Adam qanrılıb arxasında dayanan gözçətçiyə fısıldamış:

Kraliçanın da qiymətini tapdıq! İndi iş o qədər qızılı tapmağa qaldı!





digər lətifələr
ARXİV
FACEBOOK