adalet.az header logo
  • Bakı 6°C
18 Iyun 2017 23:00
4542
İDMAN
A- A+

Cüdoçularımız Avropa çempionatında birinci oldu

Zaqrebdə veteran cüdoçular arasında keçirilən Avropa çempionatının komanda yarışları millimiz üçün uğurlu olub.

30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan Azərbaycan millisi bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.