adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Iyun 2017 14:54
5842
MƏMLƏKƏT
A- A+

Kartof püresi istehsalı zavodu tikilir

İsmayıllıda kartof yığımına məhsulun daha tez yetişdiyi cənub ərazilərdə, o cümlədən Kürdmaşı, Gəraybəyli, Xəlilli, Mollaisaqlı və digər ərazi vahidlərində başlanılıb.

Adalet.az-ın məlumatına görə, rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə bölgədə 917 hektarda kartof yetişdirilib ki, bu da ötənildəkindən 50 hektar çoxdur.

Son illər bölgədə kartofçuluq intensiv inkişaf edir. Torpaq mülkiyyətçiləri bu sahəyə böyük maraq göstərirlər. Təsadüfi deyil ki, artıq bir sıra ərazilərdə kartof müasir texnologiya ilə becərilir. Bu il İsmayıllı şəhər, Talıstan, Kürdmaşı kənd ərazi vahidlərində 200 hektar sahədə əkin və becərmə işləri sənaye üsulu ilə aparılıb.

Bölgədə kartofçuluğun perspektivi nəzərə alınaraq saatda 500 kiloqram yarımfabrikat kartof püresi istehsalı gücünə malik zavod tikilir. Əhali ilə bərabər, kortof püresinin əsas alıcıları qida müəsisələri, piroq istehsalçıları, restoranlar və mehmanxanalar olacaqdır.

Mütəxəssislər cari mövsümdə rayonda 11 min tona yaxın məhsul götürüləcəyini proqnozlaşdırırlar.