adalet.az header logo
  • Bakı 13°C
18 Iyun 2017 11:15
6441
SİYASƏT
A- A+

Fransada parlament seçkilərinin 2-ci turu keçirilir

Fransada parlament seçkilərinin 2-ci turuna start verilib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, 2-ci turda 47 milyon seçici 1146 namizəd arasından aşağı palatanın 573 deputatını seçəcək.

Seçkilərin 1-ci turunda Milli Assambleyanın 4 deputatı 50 faizdən çox səs toplayaraq artıq deputat mandatını əldə edib.

Prezident Emmanuel Makoronun "İrəli, Respublika” Partiyasının 577 yerə malik parlamentdə 415-445 mandat qazanacağı proqnozlaşdırılır.

Parlament seçkilərinin iyunun 11-də keçirilən 1-ci turunda 51.29 faiz seçici səsvermədə iştirak etməyib.