adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyun 2017 14:16
5383
MƏMLƏKƏT
A- A+

İsmayıllıda 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub

İsmayıllı regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub 

 İsmayıllı regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 15 İyun – Milli Qurtuluş Günü silsilə bayram tədbirləri ilə qeyd olunub. İsmayıllı rayon Mədəniyyət Mərkəzinin ərazisində təşkil olunan "Turist bazarı”nda keçirilən tədbirdən öncə rayon rəhbərliyi və ictiamiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir zamanı "Turist bazarı”nda sərgilənən Lahıc, Basqal və digər kənd sənətkarlarının əl işləri, misgərlik məmulatları, İvanovkanın toxunma üst geyimləri, ağac üzərində oyma və rəsm əsərləri, kitab sərgisi rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Tədbir Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Niyal” instrumental ansanblının konsert proqramı ilə davam edib. Şamaxı rayonunda ümummilli liderin adını daşıyan Mədəniyyət və İstirahət parkında Milli Qurtuluş Günü ilə əlaqədar bayram tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə və müəssisələrin kollektivləri iştirak ediblər. Rayon Mədəniyyət Mərkəzinin, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin, eləcə də kənd klub müəssisələrinin bədii özfəaliyyət kollektivləri, rəqs qruplarının iştirakı ilə konsert proqramı təqdim olunub. 

Tədbir çərçivəsində "Möhtəşəm qayıdış” adlı kitab sərgisi, həmçinin rəsm və xalçaçılıq nümünələri nümayiş olunub. Qəbələ rayon Mədəniyyət Mərkəzində Milli Qurtuluş Günü münasibəti ilə dəyirmi masa təşkil olunub. Tədbirə Qəbələ rayon Mədəniyyət işçiləri qatılıb. İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin Qəbələ rayonu üzrə baş məsləhətçisi Nargilə Qafarova çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Sonda ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Ağsu rayonunda da 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin "Buta” instrumental ansamblının üzvləri iştirak ediblər. Konsertdə Xalq artist Zabit Nəbizadə, Əməkdar artist Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad, Eldəniz Məmmədov və Rövşən Əziz muğam və təsniflər ifa ediblər.