adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Iyun 2017 13:46
8428
İDMAN
A- A+

Millimiz Ermənistanı məğlub etdi

Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı davam edir.

Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi 9-16-cı yerlər uğrunda görüşdə Ermənistan yığması ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 21:7. Matçın ikinci hissəsində də üstünlüyü davam etdirən komandamızın əvəzedici heyəti 18:14 hesabı ilə qalib gəlib.

Ümumi hesabda rəqibini 39:21 hesabı ilə məğlub edən həndbolçularımız turnirdə ikinci dəfə meydandan qalib ayrılıblar.