adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Iyun 2017 12:13
8857
DÜNYA
A- A+

20 “Taliban” terrorçusu məhv edilib

Əfqanıstan və ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Hilmənd vilayətində terrorçulara qarşı birgə əməliyyat keçirib.

Adalet.az "BBC”-yə istinadən xəbər verir ki, HHQ aviazərbələri nəticəsində ən azı 20 yaraqlı zərərsizləşdirilib.

Aviazərbələrin çərşənbə axşamı gecə saatlarında Marca rayonunda keçirildiyi bildirilib. Yerli rəsmilər Talibana qarşı əməliyyatların davam edəcəyini deyiblər.