adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Iyun 2017 11:30
6291
GÜNDƏM
A- A+

Müdafiə Nazirliyi: “Cəbhədə 5 erməni hərbçisi məhv edilib”

Düşmən tərəfi rəsmi açıqladığı kimi, 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir", - deyə məlumatda qeyd olunur.