adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Iyun 2017 11:23
9453
SİYASƏT
A- A+

Putin: “ABŞ Türkiyədə qiyam olacağını öncədən bilirdi”

Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində deyib ki, ABŞ xüsusi xidmət orqanları Türkiyədə hazırlanan dövlət çevrilişindən xəbərdar olub.

Adalet.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin vurğulayıb ki, prezident Rəcəb Tayyib Ərdoğan heç vaxt ona amerikalıların çevrilişə hazırlıqda iştirak etdiyini deməyib:

"Lakin mən məntiqi ardıcıllığı deyə bilərəm. Əgər doğurdanda Gülən dövlət çevrilişi cəhdində iştirak edibsə, mənim bu barədə anlayışım belə yoxdur – onda ABŞ xüsusi xidmət orqanlarının baş verənlərdən xəbərdar olmamasını təsəvvür etmək olduqca çətindir”.

Rusiya lideri, həmçinin vurğulayıb ki, ABŞ-ın Hərbi Hava Qüvvələri Türkiyədə İncirlik hərbi bazasında yerləşir və bu bazanın hərbçiləri dövlət çevrilişi cəhdindən aktiv şəkildə iştirak edib.

Putin eyni zamanda öz narahatlığını da gizlətməyib. Çünki Türkiyədə ABŞ-ın taktiki nüvə silahı yerləşdirilib: "Belə dramatik hadisələr baş verdikdə isə meydana nüvə başlıqlarına nə olacağına dair sual çıxır”.(azvision.az_