adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Iyun 2017 11:09
4408
HADİSƏ
A- A+

Üzərinə reklam lövhəsi düşən gəncin vəziyyəti ağırlaşıb - VİDEO

Bakıda üzərinə reklam lövhəsi düşən gəncin vəziyyəti ağırdır.

Hadisə Metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib. Belə ki, 30 yaşlı Samir Bağırov səki ilə gedərkən qəfil üzərinə reklam löhvəsi aşıb. Şahidlər xəsarət alan gənci 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Samir Bağırovun anasının "Xəzər xəbər"ə verdiyi məlumata görə, oğlunun vəziyyəti ağırdır. O, baş və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə ilə bağlı polisə şikayət verən Arzu Bağırova deyir ki, bir gün keçsə də onlarla maraqlanan yoxdur. Ailənin maddi imkanı zəif olduğundan tək övladlarnın xəstəxana xərclərini qarşılaya bilmir. Zərərçəkmişin anası həmin reklam löhvəsini quraşdıranlardan və ya reklam şirkətindən xərcləri qarşılamağı tələb edir.

Reklamçılar İttifaqı İctimai birliyinin sədri Hacıəmi Atakişiyev deyir ki, məsələ dəqiqliklə araşdırılmalıdır. Əgər həmin löhvəni ora qoyan şirkətin sığortası varsa, dəymiş ziyan ödənməlidir.