adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Iyun 2017 10:54
4187
MƏMLƏKƏT
A- A+

Bakı metrosunda problem yaranıb

Bu gün səhər saatlarında Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirib ki, "Dərnəgül" stansiyasından "Memar Əcəmi" stansiyasına qədər qatar normal sürətindən yavaş hərəkət edib.

"Qatar "Memar Əcəmi" stansiyasında xətdən çıxarılıb. Buna görə biraz gecikmə baş verib. Hazırda intervalın bərpa olunması üçün iş aparılır. Yaxın müddətdə gecikmə tam olaraq aradan qaldırılacaq"-deyə N.Paşayev vurğulayıb.