adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Iyun 2017 10:46
7582
DÜNYA
A- A+

ABŞ səfirliyi terror xəbərdarlığı etdi

ABŞ-ın Tacikistandakı səfirliyi bu ölkədə terror aktlarının törədilə biləcəyi haqda xəbərdarlıq edib.

Bu barədə "Gazeta” nəşri məlumat yayıb.

"Son zamanlar Tacikistanda terror qruplaşmaları tərəfindən heç bir hücumun həyata keçirilməməsinə baxmayaraq, belə bir hücumun baş vermə ehtimalı son 6-12 ay ərzində artıb”, - deyə məlumatda bildirilib.

Səfirliyin məlumatına görə, bir neçə terror təşkilatı Tacikistan ərazisində terror aktı törədə bilər.

Bununla bağlı, ABŞ səfirliyi öz vətəndaşlarından Əfqanıstanla sərhəddən və insanların sıx toplaşdığı ərazilərdən uzaq olmağı xahiş edir.(azvision)