ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əlisəmid Kür

DƏNSİZ DƏYİRMAN DAŞLARI

5677    |   2017-06-16 21:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fırlanır dəyirman daşı
Baxıram, başım fırlanır.
Fırlanır dünya başıma
Torpağım, daşım fırlanır.
Saçı-saqqalı ağarmış
Sığal çəkmə alt daşına, üst daşına.
Un ələnmir üst-başına.
Dənsiz dəyirman daşları qəm ələyir,
Dərd üyüdür ömrün qışına.
Bu çərxi-dövran daşları
Dəyir, bir-birinə dəyir.
Dənsiz dəyirman daşları
Yeyir, bir-birini yeyir.
Acıdı dəyirman daşları
Dən gözləyir əvvəl-axır.
Tanrı dinmir,Tanrı susub
Çörəyimiz daşdan çıxır.
ATAMIN AYAQLARI

Hara getdim dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuzg
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy,
Dirilik suyu kimi
ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqları yuxusuz, əlləri oyaq,
ürəyi dipdiri Pir Atam!

ALO, MƏN SƏNİ GÖRÜRƏM

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan, divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdəg
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-g
-Al-lo!
g2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
gÜzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalang
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızımg

UZUN AYRILIQDAN SONRA

Uzun ayrılıqdan sonra dönəndə Vətənə
Kimi qucaqlasam birinci,
Qarşıma çıxanların heç biri inciməz.
Bir dost yazmışdı mənə:
"Sən qəribəsən, biz-yol gözləyən."
Məni qarşılayanların
Heç biri inciməz, anam,
Səni qucaqlasam hamıdan əvvəl.
Uzun ayrılıqdan sonra
Yenidən sevmək
Yenidən doğulmaq kimi gəlir insana,
İzn ver oğluna yenidən doğulmağa,
Aç qoynunu, ana!
Qol-boyun gördükcə bizi
Dostlar da başlayar
Bir-birini qucaqlamağa.

QAN-TƏR İÇİNDƏ

Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.
Zaman dolaşıq nər qovğasında
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda,
Gecəm qan-tər içində,anam,
Günüm qan-tər içində.
Bu əlim,bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim,
Sözüm qan-tər içində,anam,
Dilim qan-tər içində,
Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir,
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.
Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hamı, qəbrimə qısıldım,
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.
ADAŞIM, BALABANÇI KOR
ƏLİSƏMİD

- Bir adaşım yaşayır Kürdəmirdə,
Muradxanlı kəndində
Gecəyarı ekranda gördüm
Xəzər TV-də.
Əvvəl-əvvəl danışmadı, dinmədi,
dizləri üstə gözləri yol çəkdi
barmaqlarımın.
Sonra adamlar yığışıb
könlünü aldılar onun,
ovutdular.
Çıxartdı üzə balabanı.
Dedi, mənim işim balabanla, neylədi.
Adaşım, balabançı kor Əlisəmid.
Sonra gör neylədi
adaşım, balabançı Kor Əlisəmid.
Qəfil nəfəs verdi balabana,
Sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Hərəkəti yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən,
həsrətdən
yolu-yolağa.
Qəfil balabanı qoydu qırağa,
Ürəyinin işığı üzündə,
üzü nur,
üzü pir Əlisəmid.
Çalğı çoxdan qurtarıb,
nə baxırsan?
Əlləri üzündə,
gözləri barmaqlarının ucunda,
adaşım, balabançı Kor Əlisəmid.

AD GÜNÜ KEÇİRMİR
HƏBSXANALAR

Bir qədəh zəhər,
boyu uzunu ipək kəndir
gətirdilər şairə ad günündə.
Səslər gəldi qulağına:
- İçək sənin sağlığına!
İçmədi!..
- İpək kəndir ölçülübdür boynuna,
Keçmədig
Pıçıldadı öz-özünə
öz qanını içən şair,
"Azadlıq" sözündən asılan şair:
- Ad günü keçirmir həbsxanalar!
gQismət etmə kafirə də
kamerada, dar otaqda
dönə saat kəfkirinə;
Neçə kilometr yol gəldi şair,
Yol uzanır, yol uzanır
Azadlığın ad gününə
burulğanlar içindəng
Səsin gəlsin, Xəlil Rza,
Səsin gəlsin,
Ad günü keçirmir həbsxanalar!..

AĞI

Dəli çayların axarı
suların səsindən bəlli.
Mən keçdim,
Sən keçənmədin.
Torpağım heeey!
Sirri kor quyu dibində,
Dərdi üzündən bəlli.
Dəlisi ağıllı kimi,
ağıllısı dəli kimi
Millətim heeey!
Tapdaq altda gözü qalan
ocaq külündən bəlli.
Qorxağı qaçmağından,
İgidi ölümündən bəlli.
Məmləkətim heeey!
Yurdu talan olanım
İndii həsrətlə qol-boyun.
Ulayım qurdtək, ulayım
Millətim heeey!
Məmləkətim heeey!

DİLİNDƏ SONUNCU DUA

Dostum Rafael Aydınoğluna
Məni çox incitmə, Tanrım,
Özün göndərən bəlayam.
Mən şeytana papış tikən
Sənin ərköyün balanam.
Nə Qurana əl basmışam,
Nə də xaç çəkmişəm, Tanrım!
Sənə qulaq asmamışam, -
Sənnən çox çəkmişəm, Tanrım!
Dərdin göyçəyin yollayan
Gərək bəndəsin də duya.
Qoymaya tövbə etməyə,
Dilində sonuncu dua.
Mən səndən küsmüşəm, Tanrım!
Üzə durdum hansı haqqla?
Ömrü borc vermisən, Tanrım,
Al ruhumu girov saxla!

DÜNYANIN YALAN GÜNÜ

Rəsul Rzaya

Ölümünlə aldatdın bizi
aprelin birində - başaldatdı günü.
Yüyürdüm ölümün ardınca;
İnsan axını yol vermədi
çiynimi verəm
tabutun altına.
gÖlümün utana-utana gəlmişdi
Fəxri xiyabana.
Çəkinə-çəkinə,
qızara-qızara
girmişdi məzara.
Amma Sən,
"özün almışdın çiyninə tabutunu".
O gün köşklərdə çiçək qalmamışdı,
O gün şehli göz yaşlarıyla
çiçəkləmişdi tabutun da!
Səndən uzaq.
Səndən nigaran
ölümündən xəbərsizdi Nigarıng
Dilim sözə möhtac,
əli gəlmirdi
ölümünə nəğmə qoşmağa.
"Belə olurmuş demək"
dünyanın yalan günü
adam aldatmaq?!
Ölüm xəbəriylə
adlamı aldatmazlar, ustad!



İmza:
SON XƏBƏRLƏR
2017-08-20
2017-08-19


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK