adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Iyun 2017 23:00
22175
MARAQLI
A- A+

Marsda yeni tapıntılar

Günümüzə qədər belə bir bilgi var idi ki, Mars bütün yaşam boyu soyuq və həyata yarasız haldadır. Astronomlar tərəfindən onun üst səthində tapılan suyun digər səma cismlərinin düşməsi ilə yarandığı izah olunurdu. Amerikan alimlərinin səsləndirdiyi bu hipoteza "Marsda nə vaxtsa yaşayış olub” ümidlərini tamamilə puç edirdi.

Lakin planetoloq Devid Vays və onun Braun universitetindən olan həmkarları "Geophysical Research Letters” jurnalında maraqlı məqalə ilə çıxış ediblər.

Adalet.az-ın xəbərinə görə, Mars kraterlərində maye suyun "yeni izləri”nin tapılmasını izah edən məqalədə, alimlər hesab edirlər ki, planetin səthindəki kənar buzlar meteorit bombalamasından yaranıb.

Təzəlikcə, planetoloqlar bir neçə kraterin fotolarında qırmızı planetin ekvatorunda və şimal qütbündə axan suyun izlərini aşkara çıxarıblar. Bu çaylar marsın səthində bir neçə yüz milyon il əvvəl hərəkət edib. Bu kəşf bir çox alimi düşündürməyə sövq etdi ki, maye su Marsın səthində, kraterin yamaclarında, çaya bənzər, budaqlanan şəkildə necə mövcud ola bilib – axı bunun üçün çox uzun zaman lazımdır.

Bir versiyaya görə, Mars əvvəllər daha isti temperatura malik idi. Bu səbəbdən Günəşin gur isitdiyi ərazilərdə yerin altındakı buzlar əriməyə başlayıb və qrunt suları qismində yerin səthinə çıxıb. Lakin çəkilən şəkillərdə "Lio” kraterinin strukturunu öyrənərkən Vays və komandası bu versiyanı inkar edir. Müəyyən olunub ki, bu krater 1.6 - 3 milyard il əvvəl Marsın çox böyük asteroid ilə toqquşmasından yaranıb. Quyunun kənarlarında qurumuş axar çay izləri aşkar olunub ki, bunun da yaşı 1.2 – 1.8 milyard ildir. Bütün bunlar "Lio”nun şimal hissəsində cəmləşib və qıfın içərisinə girmir. Və beləliklə, qədim Mars çaylarının sırf qrunt suları olması fikri təkzib olunur.

Yaxın illərdə qədim axar çayların orada necə əmələ gəlməsi daha dolğun araşdırılacaq və bizim qonşuluğumuzda nə vaxtsa həyatın olub- olmaması aydınlaşacaq.