adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyun 2017 22:54
6731
DÜNYA
A- A+

Rusiya raket əleyhinə sistemi sınaqdan keçirdi

Rusiya raket əleyhinə müdafiə sisteminin müvəffəqiyyətli sınağını həyata keçirib.

Adalet.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.

Sınaq Sarı-Şaqan poliqonunda keçirilib. Qeyd edilir ki, sınaqlar zamanı şərti hədəf müvəffəqiyyətlə məhv edilib.

Raket əleyhinə müdafiənin sisteminin silahlanmasının əsasında Hava-kosmik güclərinin raket əleyhinə müdafiə qoşunları dayanır. Sistem paytaxt Moskvanı və mərkəzi sənaye rayonunu ballistik raketlərin zərbələrindən mühafizə edir.

Hazırda paytaxtın müdafiəsinə A-135 raket əleyhinə müdafiə sistemi cavab verir. Onun hazırlamasına 1971-ci ildə başlanılıb və 1979-cu ildə işə salınıb.