ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Bakı rüzgarı” kitabının təqdimatı olacaq

4161    |   2017-06-16 22:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakı rüzgarı” kitabının təqdimat mərasimi olacaq.

İyunun 20-də Yunus Emre İnstitutunda Azərbaycan Demokratik Respublikası dövründə hökumətin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri olan İsmayıl Saryalın "Bakı rüzgarı” kitabının təqdimat mərasimi keçiriləcək. "Bakı rüzgarı” müəllifin uşaqlıqdan gənclik dövrünə kimi keçdiyi ömür yolundan bəhs edir. Sənədli romanda 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs olunur. Roman Azərbaycanda ilk dəfə "XAN” nəşriyyatında nəşr edilib. Kitabın öz sözünün müəllifi, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva -Vəkilovadır.

Qeyd edək ki, tədbir Azərbaycan Cumhiriyyəti 100 illiyi çərçivəsində keçirilir.




İmza:
SON XƏBƏRLƏR
2017-08-23
2017-08-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tağı Mamedlə söhbət edir.
Tağı:
- Məntiq nədi?
Mamed: - Sən evdə balıq saxlayırsan?
Tağı: - Hə.
Mamed: - Deməli, təbiəti sevirsən, təbiəti sevirsənsə ailəni sevirsən, ailəni sevirsənsə, demək kişi adamsan, bax məntiq budur.
Tağı Mameddən aralanıb evinə gələndə yolda qonşusu ilə rastlaşır:
- Qonşu, sən evdə balıq saxlayırsan?
- Yox.
Tağı: - Məntiqlə baxanda demək sən kişi deyilsən.




digər lətifələr
ARXİV
FACEBOOK